Page 321 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 321
Seçilmiş əsərləri
Bernard. Mən həyəcanlıyam.
Konstans. Gözlədiyin kimi mən çox dəyişmişəm,
hə?
Bernard. Mən buna görə həyəcanlı deyildim.
Missis Kalver. Bütün məsələ sizin Konstansı gör-
mədiyiniz bu on beş ildədir?
Bernard. Bəli. Sonuncu dəfə İngiltərədə olanda
Konstansla görüşə bilmədim. Hərbdən tərxis olunandan
sonra da dərhal Yaponiyaya yollanıb, öz biznesimi bərpa
eləməli oldum. Gördüyünüz kimi, yalnız indi qayıdıb
gələ bildim.
(Konstans çoxmənalı baxışlarını anasına dikib, amma
missis Kalver buna əhəmiyyət verməməyə çalışır. Konstans
çantasından ikinci burun dəsmalını çıxarır və imkan tapan
kimi onu da pianonun üstünə, o biri dəsmalın yanına qoyur.)
Missis Kalver. Bu dəfə neçə müddətlik gəlmisiz?
Bernard. Birillik.
Missis Kalver. Arvadınızı da gətirmisiniz?
Bernard. Mən evli deyiləm.
Missis Kalver. Bəs Konstans mənə deyirdi ki, siz bir
yapon qızla evlənmisiniz?
Konstans. Boş-boş danışma, ana. Mən sənə haçan
elə söz demişəm.
Missis Kalver. Hə, yəqin, Culiya Linton fikirlərimi
çaşdırıb. O, Misir əmirinə ərə getmişdi. Mən biləni, çox
xoşbəxtdi. Hər halda, əri hələ onu öldürməyib.
Bernard. Ərin necədi?
Konstans. Hər şey qaydasındadı. Ümid eləyirəm,
indi o da bura gələr.
Bernard. Deyəsən, balaca bir bacın da vardı. O,
necədi?
Missis Kalver. Martanı soruşur. Elə nə vaxtdı, ərə
getməyə hazırlaşır.
Konstans. Məndən o qədər də balaca deyil. Artıq
otuz yaşı var.
321