Page 334 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 334
yam Somerset Moem
Bernard. Bu yarım ayda mən sənin gözündə lap
ağıllı bir uşaq olmuşam, eləmi?
Konstans. Bəli. Hətta bunu necə bacardığını elə hey
özümdən soruşa-soruşa qalmışam.
Bernard. Amma indi maskanı üzümdən açmağa
özümdə cürət tapacam.
Konstans. Mən sənin yerində olsam, tələsmərəm.
Bernard. Daha bacarmıram. Heç olmasa, bir dəfə
demək istəyirəm ki, mən sənin ayağın dəyən torpağı da
öpməyə hazıram. Mən həyatımda heç vaxt sənin ki-
misinə rast gəlməmişəm.
Konstans. Boş şeydi. Bir dəstə olub. Mən yeddinci-
yəm.
Bernard. Onlar hamısı sənsən. Mən səni bütün
qəlbimlə sevirəm. Bu vaxtacan gördüyüm qadınlardan
heç biri sənin qədər ürəyimə yatmayıb. Mən sənə rəğbət
bəsləyirəm. Mən sənin qarşında özümü tamam itirirəm,
öz hisslərimi bəyan eləməyə söz tapa bilmirəm. Mən
səni sevirəm. İstəyirəm, biləsən, əgər başına bir iş gəlsə,
sənin məndən kömək ummağını özüm üçün ən böyük
xoşbəxtlik sayaram.
Konstans. Sən necə də dostcanlısan. Amma anla-
mıram, nədən mənim başıma iş gəlməlidir?
Bernard. Həmişə və hər şəraitdə sən mənim kömə-
yimə bel bağlaya bilərsən. Mən səndən ötrü mümkün
olmayanı da mümkün eləməyə hazıram. Əgər məndən
sənə nəsə lazım olsa, bir işarən kifayətdir. Mən hətta
həyatımı sənə qurban verməyi özüm üçün ən böyük
xoşbəxtlik sayaram.
Konstans. Mən sənə çox minnətdaram.
Bernard. Sən mənə inanmırsan?
Konstans (Valehedici təbəssümlə). Əlbəttə, inanıram.
Bernard. Ümid eləmək istəyirəm ki, sözlərim, aza-
cıq da olsa, sənin ürəyini tərpətdi.
334