Page 339 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 339
Seçilmiş əsərləri

Marta. Mən məktub yazıb anamı gözləyirdim.
Mari-Luiza. Mənim Cona sözüm var.
Marta. Əzizim, ümid eləyirəm, sənin səhhətində
hər şey qaydasındadı.
Mari-Luiza. Məndə qaydasındadı. Amma Mortimer
axır vaxtlar nəsə gözümə əzgin dəyir. Ona görə də
istədim ki, Con onu məzuniyyət götürməyə razı salsın.
Marta. Nəsə mən elə bilirdim, belə hallarda cərrahın
yox, terapevtin məsləhəti lazımdı.
Mari-Luiza. Bilirsən, Mortimer ancaq Cona etibar
eləyir.
Marta. O, tamamilə haqlıdır. Con, sözsüz ki, etibar
olunası adamdı.
Con. Marta, sən mənim xidmətlərimdən yararlan-
maq istəyirsənmi? Əgər appendisitini, yaxud badamcıq
vəzini kəsib atmaq lazım gəlsə, utanma, de.
Marta. Gözəl Conum, məndə ancaq vacib olanlar
qalıb. Əgər əlavə nəsə kəsib eləsən, qorxuram, dözmə-
yəm.
Con. Əzizim, nə qədər ki qadının üstündə dayana
bilməsi üçün bir ayağı var, çətin o, cərrahın xidmətinə
ehtiyac duya.
(Konstans və missis Kalver daxil olur.)
Mari-Luiza (Konstansı öpür). Mənim əzizim.
Konstans. Dizin necədi? Yenə burxulur?
Mari-Luiza. Dizim onsuz da məni həmişə narahat
eləyir: gah çox, gah az.
Konstans. Hə, əlbəttə. Elə bilirəm, sən çox səbirli-
sən. Sənin yerində olsaydım. Conu bir dəqiqə də rahat
buraxmazdım. Amma, doğrusu, özümü nəsə birtəhər
hiss eləyəndə ondan nəsə soruşmaq ağlıma da gəlmir.
Missis Kalver. Marta, gecikdiyimə görə bağışla. Sə-
ni çox gözlətdim?
Marta. Yox, vaxtımı heç də pis keçirmədim.
Missis Kalver. Səninlə birlikdə olmaq başqalarına
da xoş gəlib.

339
   334   335   336   337   338   339   340   341   342   343   344