Page 337 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 337
Seçilmiş əsərləri

çıxıb getdi. Səsi elə hirsliydi ki, onun üzünə baxmağa
cürət eləmədim. Deyəsən, üzü də qızarmışdı.

Con. Vəssalam?
Mari-Luiza. Mənim otağıma keçib sabahın xeyrini
diləmədən Sitiyə yollanıb.
Con. Görünür, tələsirmiş.
Mari-Luiza. Əvvəl vaxt tapırdı axı.
Con. Elə bilirəm, sən qarışqadan fil düzəldirsən.
Mari-Luiza. Səfehləmə, Con. Məgər görmürsən,
mən necə həyəcanlıyam?
Con. Görürəm. Ona görə də səni inandırmaq istə-
yirəm ki, həyəcanlanmağa əsas yoxdu.
Mari-Luiza. Kişilər necə də axmaqdılar. Heç cür
başa düşmək istəmirlər ki, dama-dama göl olur. Sənə de-
yirəm, qorxudan başımı itirmişəm.
Con. Özün də yaxşı bilirsən ki, şübhəylə sübut
arasında yerlə göy qədər fərq var.
Mari-Luiza. Elə düşünmürəm ki, o, nəsə sübut elə-
yə bilər. Amma şübhə eləmirəm ki, o, həyatımızı burnu-
muzdan gətirə bilər. Tutaq ki, Konstansla dərdləşmək
qərarına gəldi.
Con. Konstans ona inanmaz.
Mari-Luiza. Əgər iş dərinə getsə, Mortimeri özüm
həll eləyərəm. O, məni dəlicəsinə sevir. Qadın üçün bu
oynamağa həmişə imkan verir.
Con. Əlbəttə, sən Mortimeri istədiyin kimi fırlaya
bilərsən?
Mari-Luiza. Əgər Konstans bilsə, mən gərək yerin
altına girəm. Axı o mənim ən yaxın rəfiqəmdi, həm də
onu çox istəyirəm.
Con. Konstans ürəkdi. İnanmıram ki, iş uzanıb
böyüyə. Amma lap o həddə çatsa belə, Konstansı yola
gətirəcəyimə şübhə eləmirəm.
Mari-Luiza. Sən belə düşünürsən?

337
   332   333   334   335   336   337   338   339   340   341   342