Page 267 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 267
Seçilmiş əsərləri

deyilirsə, onda Bethovenin sonatası da belə adlan-
dırılmalıdır və mən o sonatanı ifa edən pianoçudan heç
də artıq şarlatan deyiləm. Mənim səni sevmədiyimi
demək qəddarlıqdı. Mən sənə canımla bağlıyam. Hə-
yatda sevdiyim bir insan varsa, o da sənsən.

– Yox, mənə körpə olanda bağlıydın, hətta mənimlə
şəkil də çəkdirirdin. Reklam kimi əla şəkil alınmışdı Am-
ma o vaxtdan sən mənim üçün çox da narahat olma-
mısan. Əksinə, mən sənin üçün əlavə yük idim. Sən
məni görməyə həmişə şad idin, amma özümün öz başı-
mı qatmağım, mənə vaxt ayırmamağın səni tamamilə
qane edirdi. Mən səni günahlandırmıram. Sən vaxtını
ancaq özünə ayırırdın, başqa heç kimə.

Culiyanın səbri tükənməyə başladı. Rocer həqiqətə
həddən ziyadə yaxın idi ki, bu da artıq Culiyanın kefini
pozurdu.

– Yaddan çıxarma ki, uşaqlar kifayət qədər bezdirici
olurlar.

Rocer gülümsünüb:
– Həm də səs-küylü – dedi. – Onda niyə özünü elə
aparırsan ki, guya məndən ayrıla bilmirsən? Bu da
oyundu?
– Səndən belə sözlər eşitmək mənə çox ağırdı. Mən-
də belə bir hiss var ki, sənə olan borcumdan çıxa bil-
məmişəm.
– Elə deyil. Sən çox yaxşı ana olmusan. Mənə elə
böyük bir yaxşılıq eləmisən ki, tək buna görə ömrüm
boyu sənə minnətdar olacam. Sən məni rahat burax-
mısan.
– Sənin nə istədiyini heç cür başa düşə bilmirəm.
– Dedim axı həqiqəti istəyirəm.
– Onu sən axı harada tapacaqsan?
– Bilmirəm. Ola bilsin axtardığım, ümumiyyətlə,
yoxdu. Mən hələ gəncəm, köntöyəm. Ola bilsin, Kem-
bricdə oxuduğum kitablardan, rastlaşdığım insanlardan

267
   262   263   264   265   266   267   268   269   270   271   272