Page 158 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 158
yam Somerset Moem

kanlı deyilsən, özü də qolf oynayanda səndən bir ətək
çaypulu çıxıb. Mən gənc insanla harasa gedəndə onu
xərcə salan qadınlara nifrət eləyirəm. Onlar əsl xud-
binlərdi. Mən sənə qarşı Rocerə eləyə biləcəyimi eləmi-
şəm. Sənin mənliyinə toxuna biləcəyim ağlıma belə
gəlməyib.

– And iç!
– Düz sözümdü. İlahi, doğrudanmı, üstündən aylar
keçəndən sonra da sən məni yaxşı tanıya bilməmisən?
Əgər sən fikirləşən həqiqətdirsə, onda mən gör necə
murdar, əzazil, alçaq qadınam, necə boş, ürəksiz, qaba
arvadam! Sən məni belə görürsən, hə?
Çətin sualdı.
– Əsas bu deyil. Hər halda, mən səndən borca pul,
bahalı hədiyyələr almalı deyildim. Bu, məni çox dəhşətli
vəziyyətdə qoydu. Mənə qarşı hiddətləndiyinin hardan
ağlıma gəldiyini deyimmi? Çünki ağlım deyir ki, buna
haqqın var. Mən, həqiqətən də, özümü özümdən bu
qədər varlı insanlara tay tuta bilərəm. Ağlımdan keçən-
də ki, tay tuta bilmərəm, deməli, ağlım azıbmış. Çox ma-
raqlı və şən günlər yaşadım, vaxtımı əla keçirdim, amma
artıq hər şey bitdi. Biz daha görüşməyəcəyik.
Culiya dərindən ah çəkdi.
– Sən, sadəcə, məni adam saymırsan. Bax, olan
budur.
– Bu, ədalətsizlikdi.
– Sən mənim üçün hər şeysən. Bunu özün də bilir-
sən. Mən elə tənhayam ki. Səninlə dostluq mənim üçün
çox qiymətlidir. Həşəratlarla, gəmiricilərlə əhatə olun-
muş bir insandan, mən sənə heç də lazım deyilmişəm.
Amma elə bilirdim, sənə güvənmək olar. Səninlə birlik-
də olmaq mənə elə xoş idi ki. Yeganə adamıydın ki,
səninlə özüm kimi qala bilirdim. Məgər anlamırsan ki,
sənə az da olsa, dayaq olmaq mənə necə məmnunluq
gətirir? Bu xırda-xuruşu sənə yox, özüm üçün hədiyyə

158
   153   154   155   156   157   158   159   160   161   162   163