Page 143 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 143
Seçilmiş əsərləri
xal salırdı. İndi oğluna qarşı hisslərinin bir-birindən belə
dəyişməsi Culiyaya əsl həqiqəti anlatdı. Bəli, o, Tomu
Rocerə qısqanırdı, dəlicəsinə qısqanırdı.
Bu kəşfdən sarsıldı: bilmədi, gülsün, yoxsa xəca-
lətdən yerə girsin. Bir neçə dəqiqə düşündü.
“İndi mən sənin rahatlığını burnundan gətirərəm”.
Budəfəki bazar o birindən fərqli olacaq. Xoşbəxt-
likdən, Tom təqlidçinin birisin “Qadın kişini öz cazibə-
sini işə salmaqla cəlb eləyir və onun nazıyla oynamaqla
yanında saxlayır”. Culiya dilinin altında mızıldanıb fi-
kirləşdi: “Maraqlıdır, görən bu, aforizmi özü düzüb qoş-
du, yoxsa hansısa pyesdən yadına düşdü?”
Culiya ona-buna zəng elədi. Həftənin sonuna Den-
norantları, maliyyə naziri ser Meyxyunun Xenlidəki
evində qonaq olan Çarlz Temerlini bura dəvət etdi. O,
dəvəti qəbul eləyib söz verdi ki, Meyxyunuda özüylə
gətirəcək. Culiya yaxşı bilirdi ki, kübar insanlar özlərini
ali irq kimi təsvir etsələr də, bir-birlərindən elə də
xoşlanmırlar. Odur ki, onları əyləndirmək üçün səhnə-
dəki tərəfmüqabili Arçi Deksteri və onun səhnədə
özünün qızlıq adıyla – Qreys Xarduil kimi çıxış edən ya-
raşıqlı xanımını da çağırdı. Üfüqdə markiz və mar-
kizanın ətrafında fırlanmaq, kabinet üzvünə xoş təsir
bağışlamaq fürsəti görünürsə, Tom velosipedlə gəzmə-
yə, yaxud qolf oynamağa gedən deyildi. Buna Culiyanın
şəkk-şübhəsi yox idi. Rocer özünəuyğun məktəbli yerini
tutmaqla hamının diqqətindən kənarda qalacaqdı. Və
onda Tom Culiyanı ürəyi istəyən vaxt necə parlaq gö-
ründüyünün şahidi olacaqdı. Öz təntənəsini gözləyə-
gözləyə Culiya qalan günləri özünü möhkəm apardı. O,
Tomla Roceri, demək olar ki, görmürdü. Səhər tamaşa-
ları olanda isə onlar tamam gözünə görünmürdü. Tennis,
yaxud qolf oynamadıqları vaxtlarda Rocerin maşınıyla
ətraf yerləri əldən-ayaqdan salırdılar.
Culiya Dennorantları tamaşadan sonra gətirdi. Ro-
cer artıq yıxılıb yatmışdı, amma Mayklla Tom onları
143