Page 139 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 139
Seçilmiş əsərləri
deyildi, onun əsl siması hər axşam səhnədə təsvir etdiyi
qəhrəmanıydı.
“Kor olum, əgər mənim aktyorluq istedadından az-
ca xəbərim varsa. Amma əvəzində, başqa şey bilirəm: on
səkkiz yaşıma qayıtmaq üçün nəyim varsa, hamısını ve-
rərdim”.
Culiya öz-özünə belə deyirdi. Amma bu, yalan idi.
Əgər ona yenidən gəncliyə qayıtmaq imkanı verilsəydi,
razılaşıb-razılaşmayacağı sual altındaydı. Yəqin ki, razı
olmazdı. Özü də məsələ heç də bugünkü populyarlı-
ğında, hətta lap deyək, şöhrətində deyildi. Məsələ heç
onun tamaşaçılar üzərində külli-ixtiyar sahibi olmasında
və onların ona bəslədiyi səmimi hisslərdə də deyildi.
Əlbəttə, istedadının ona gətirdiyi pullar da Culiyadan
ötrü əhəmiyyətsiz idi. Onu sərxoş eləyən başqa şey idi.
Bu, özündə hiss elədiyi o gözəgörünməz güclə, onun
material üzərində hakimi-mütləqliyindən doğan bir
nəsnəydi. Aldığı istənilən rola – hətta mənasız mətndən
ibarət olsa belə – o, öz şəxsi keyfiyyəti, öz sənəti, akt-
yorluq peşəsinin incəliklərinə bələdliyi ilə nəfəsini
üfürüb həyat verirdi. Bax, burada onun tayı-bərabəri yox
idi. Yəqin, elə buna görə hərdən özünü ilahi varlıq kimi
hiss eləyirdi.
Culiya gülümsədi.
“Üstəlik, o vaxtlar hələ Tom da bu dünyada yox
idi”.
Belə baxanda, onun vaxtını Rocerlə keçirməsi ən
təbii bir şeydi. Axı onlar, təxminən, yaşıddılar, bir nəslə
mənsubdular. Bu gün onun məzuniyyətinin ilk günü-
dür, qoy şənlənsinlər, hələ qarşıda bütöv iki həftə var.
Vaxtını onyeddiyaşlı oğlanla keçirmək bir azdan Tomu
bezdirəcək. Rocer çox ürəyəyatımlıdır, amma həm də
darıxdırıcıdı. Analıq sevgisi nə qədər çox olsa da, Culi-
yanın gözü kor deyil. Yox, özünə nəzarət eləməlidir,
heyrətləndiyini heç bir halda üzə vurmamalıdır. Culiya
139