Page 135 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 135
Seçilmiş əsərləri
– Anacan, bu, sənə zərərdi. Çox yorğun görkəmin
var.
(“Gözə bir bax, lənət şeytana. Yox, içimdəkiləri üzü-
mə çıxarmamalıyam. Şükür ki, oynamağı bacarıram”.)
Culiya ürəkdən gülüb:
– Mən bütün gecəni gözümü də yummamışam, –
dedi, – başımı sındırırdım, görüm səni bu sızanaqlardan
necə xilas eləyə bilirəm.
– Hə, çox murdar şeydi. Tom deyir, onda da olub.
Culiya baxışlarını Toma sarı sürdü. Əynindəki ya-
xası açıq qısaqol göynəyiylə, dağınıq saçlarıyla, artıq az
da olsa, gündə yanmış dərisiylə o, inanılmaz həddə gənc
görünürdü. Düzünə qalsa, ona Rocerdən böyük demək
olmazdı.
Rocer sözünə gülə-gülə davam etdi:
– Tomun da burnunun dərisi soyulur. Lap müqəvva
kimi olacaq.
Culiya yüngül narahatlıq keçirdi. Elə bil, Tom bir
neçə ilini canından çırpıb Rocerlə tək yaşca yaşıd olma-
mışdı. Hər ikisi boş-boş əngə vermişdi. Hər iki ovurd-
larını şişdirib, kim bilir, neçə parç pivənin dibinə daş
atdılar. Və həmişə ölçüylə yeyib-içən Mayklın gülən gö-
zü onlarda qalmışdı. Onların cavanlığına və xoş əhvalına
baxıb sevinirdi. Maykl Culiyaya iki küçüyün günün
altında uzanıb quyruğunu bulaya-bulaya bir-biriylə
oynaşmasını izləyən qoca köpəyi xatırladırdı. Kofeni
çayın yanında içdilər. Kölgədə oturub çaya tamaşa elə-
mək çox xoş idi. Tom ağ, uzun, şalvarda çox qədd-
qamətli, biçimli görünürdü. Culiya əvvəllər onun qəlyan
çəkdiyini görməmişdi. Bu onu, nədənsə, riqqətə gətirdi.
Amma Rocer Tomu dolamağa başladı.
– Sən niyə çəkirsən? Xoşuna gəldiyinə görə, yoxsa
istəyirsən, səni qoca bilsinlər?
Tom:
– Kəs səsini, – dedi.
135