Page 131 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 131
Seçilmiş əsərləri
idi. Onda nə anasının simasındakı ifadə, qaynarlıq, nə
də atasının klassik gözəlliyi var idi. Culiya bir qədər
dilxor olmuşdu. Oğlu onun ümidlərini doğrultmamışdı.
Uşaqlığında, Culiyanın tez-tez onunla şəkil çəkdirdiyi
vaxtlarda Rocer çox gözəl idi. İndi o, həddən ziyadə fleq-
matik olmuşdu və həmişə görkəmindən ciddilik yağırdı.
Axtarsan, yeganə tərifli yeri saçları və dişləriydi. Əlbəttə,
Culiya onu çox sevirdi, amma yanında darıxırdı. İkilikdə
qalanda vaxt bitib-qurtarmaq bilmirdi. Culiya Roceri
məşğul edə biləcək kriket və başqa əyləncələrə
yönləndirmək istəsə də, oğlu cavabında hətta söz tapıb
deyə bilmirdi. Onun bu kallığı Culiyada təşviş yaradırdı.
Amma, bununla belə, nikbinliyini də əldən vermirdi:
– Əlbəttə, hələ uşaqdı , – deyirdi, – yəqin, yaşa
dolduqca yetişəcək.
Rocer hazırlıq məktəbinə gedəndən sonra Culiya
onu az-az görürdü. Tətil vaxtları da bütün gününü
teatrda keçirirdi, o da gah atasıyla, gah da dostlarıyla ha-
rasa gedirdi, bazar günləri isə Mayklla qolf oynayırdı.
Bəzən Culiyanı lança dəvət eləyəndə, – səhərlər otağına
keçib ona səhərin xeyrini dilədiyi iki-üç dəqiqəni hesaba
almasaq – günlərlə oğlunun üzünü görmürdü. Heyif ki,
sakit-sakit, heç kəsə mane olmadan onun otağında oy-
nayan, balaca əlləriylə anasının boynunu qucaqlayıb düz
obyektivə gülən həmin o balaca gözəl uşaq həmişəlik
qeyb olmuşdu. Culiya hərdən-hərdən oğlunu görmək
üçün İtona gedib onunla çay içirdi. Oğlunun otağında
özünün bir neçə fotosunu görmək Culiyaya ləzzət
eləyirdi. Yaxşı dərk eləyirdi ki, onun İtona gəlişi hamıda
həyəcan yaradıb. Rocerin yaşadığı pansionun baş nəza-
rətçisi mister Brekenbric də ona xoş gəlmək üçün dəri-
dən-qabıqdan çıxırdı. Təhsilinin yarım ilini başa
vurandan sonra Rocer birbaşa Mayklla Culiyanın artıq
köçdüyü Teplouya gəldi. Culiya bərk-bərk onu öpdü.
Rocer, nəhayət, evə gəlməsinə heç də anası gözlədiyi
131