Page 128 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 128
yam Somerset Moem

dilxor olması ona qəribə gəlirdi. Dərhal dedi ki, bu pulu
ona verəcək.

– Yox, bacarmaram. Mən qadından pul ala bil-
mərəm.

Tom qulağına qədər qızardı, təkcə bu haqda
fikirləşmək özü xəcalət çəkməsinə kifayət idi. Culiya onu
yola gətirmək üçün bütün istedadını, hiylələrini işə sal-
dı. O, Toma ağlabatan səbəblər gətirirdi, arada özünü
elə apardı ki, guya, bərk inciyib, hətta göz yaşları axıt-
maqdan da qalmadı. Və nəhayət, Tom razılaşdı, amma
bir şərtlə ki, bu pulu da borca alır. Səhəri gün Culiya ona
içində ikiyüzfuntluq əskinaz olan zərf göndərdi. Tom
zəng eləyib dedi ki, bu, lazım olandan xeyli artıqdı.

Culiya gülə-gülə:
– Mən yaxşı bilirəm, insanlar nə qədər borc
aldıqlarını gizlədirlər, – dedi. – Əminəm ki, sənin borcun
mənə etiraf elədiyindən çoxdu.
– Doğru sözümdü, elə deyil. Mən dünyasında yalan
demərəm.
– Onda qalanını özündə saxla, hər halda, gərəyin
ola bilər. Sən restoranın, taksinin, nə bilim, başqa
şeylərin pulunu verəndə pis oluram.
– Yox, yox, heç cür götürə bilmərəm. Mən alçalmaq
istəmirəm.
– Boş şeydi! Özün bilirsən, pulum o qədər çoxdu ki,
qoymağa yer tapmıram. Mən səni dar ayaqdan xilas
etmək hissindən həzz almaq istəyirəm. Bu icazəni mənə
vermək sənin üçün çoxmu çətindi?
– Sənin mənə qarşı bu xoş niyyətin heç bir ölçüyə
sığmır. Təsəvvürünə belə gəlməz ki, məni necə xilas
etdin. Özüm də bilmirəm, sənə necə təşəkkür eləyim.
Amma səsindən hiss olunurdu ki, həyəcanlıdır.
Zavallı quzu, şərtiliklərin əsirliyindən qurtula bilmir.
Amma Culiya həqiqəti deyirdi: o, ömründə heç vaxt indi
ona pul verdiyi an qədər məmnun olmamışdı. Qəflətən,

128
   123   124   125   126   127   128   129   130   131   132   133