Page 112 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 112
yam Somerset Moem
eləsin. Culiyanın özüylə götürdüyü bircə yol çantasıydı
ki, onun da içinə üz kremi, gecə köynəyi və axşam tualeti
üçün lazım olanlar qoyulmuşdu. İspan onu stolun
üstünə qoydu. Yeganə xahişi o oldu ki, uzanıb dincəl-
mək istəyənəcən onun yanında əyləşib bir-iki siqaret
çəkməsinə Culiya icazə versin. Bu xahişi rədd eləmək
Culiya üçün çətin idi. Yataq artıq hazır idi və onlar
adyalın üstə əyləşdilər. Bir neçə dəqiqədən sonra bələdçi
əlində şampan şüşəsi və iki badə peyda oldu. Pis macəra
deyil! Culiya ürəkdən həzz alırdı. Bələdçi ona qarşı necə
də nəzakətliydi. Hə, bu əcnəbilər böyük aktrisayla
özlərini necə aparmağı yaxşı bacarır! Belə şeyləri Sara
Bernar, yəqin, hər gün görüb. Hələ Siddons! O, qonaq
otağına girəndə hamı ayağa qalxarmış, sanki, gələn
şahzadədir.
Fransızca belə mükəmməl danışmasına görə ispan
Culiyanın ünvanına kompliment dedi. Cersi adasında
doğulsa da, təhsilini Fransada alıb. Hə, onda aydındı.
Amma niyə axı o, fransız deyil, ingilis səhnəsini seçib?
Onun şöhrəti Duzedən heç də az olmazdı. O, həqiqətən
də, ona Duzeni xatırladır: misli-bərabəri olmayan həmin
gözlər və ağappaq dəri, ifa tərzindəki həmin çılğınlıq və
heyrətamiz təbiilik.
Onlar şampan şüşəsini yarıyacan boşaldandan
sonra Culiya qayıtdı ki, artıq çox gecdir.
– Doğru sözümdü, elə bilirəm, yatmaq vaxtıdı.
– Gedirəm.
O qalxıb Culiyanın əlindən öpdü. O çıxandan sonra
Culiya kupenin qapısını bağlayıb soyundu. Başının
altında olandan savayı, bütün lampaları söndürüb
mütaliəyə başladı. Bir neçə dəqiqədən sonra qapı
döyüldü.
– Bəli.
– Sizi narahat elədiyimə görə çox üzgünəm. Diş
fırçam tualetdə qalıb. İçəri keçə bilərəmmi?
112