Page 107 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 107
Seçilmiş əsərləri
Culiya çoxdan özünü bu cür gümrah hiss eləmə-
mişdi. Axşam göstərdikləri “Pudra yastığı” komediyası
artıq neçə həftədən bəri səhnəni zəbt etsə də, Culiya bu
gün lap premyeralardakı kimi oynayırdı. Onun ifası
misilsiz idi. Tamaşaçılar heç olmayan kimi gülürdülər.
Culiyada aktyor cazibəsi həmişə qabarıq idi, amma indi
görünürdü ki, onun şüaları bütün zala yayılıb. Son iki
akt zamanı Maykl da təsadüfən teatrdaydı. Tamaşadan
sonra Culiyanın otağına gəldi.
– Xəbərin var, suflyor dedi ki, biz tamaşanı vax-
tından doqquz dəqiqə sonra bitirdik. Publika belə çox
gülübmüş.
– Yeddi dəfə səhnəyə çağırdılar. Elə bilirdim, onlar
heç vaxt dağılışmayacaqlar.
– Ancaq özünü günahkar bil, əzizim. Bütün dün-
yada sənin bu gün oynadığını göstərə biləcək aktirisa
yoxdu.
– Düzünü desəm, özüm də həzz aldım. İlahi, necə
də acmışam! Şam yeməyinə nəyimiz var?
– Soğanlı içalat.
Culiya qollarıyla Maykla sarıldı, onu öpüb:
– Əla! Soğanlı içalat üçün ürəyim gedir, – dedi. –
Ah, Maykl, əgər məni sevirsənsə, əgər sənin o daş ürə-
yində mənə bir tikə mərhəmət varsa, icazə ver, bir şüşə
pivə içim.
– Culiya!
– Yalnız bu gün. Mənim üçün nəsə eləmək xahişiylə
səni tez-tez narahat eləmirəm axı.
– Neynək, sən ki bu gün tamaşanı belə yola verdin,
yəqin, “yox” deyə bilməyəcəm, amma Tanrıya and ol-
sun, özüm nəzarət edəcəm ki, sabah miss Filippe sənin
bədənində salamat yer qoymasın.
107