Page 102 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 102
yam Somerset Moem
– Sizin taksiylə gəldiyinizi görüb aşağı qaçdım. Üzr
istəyirəm, mən dördüncü mərtəbədə yaşayıram. Ümid
eləyirəm, sizə çətin olmaz.
– Əlbəttə.
Culiya yalın pilləkənlə qalxmağa başladı. Sonuncu
mərtəbəyə çatanda nəfəsi azca təngiyirdi. O gənc
pilləkənləri elə yüngül qalxır, elə tullanırdı ki, Culiya
onu keçiyə bənzətdi. Nədənsə, ondan bir az aramla
qalxmağı xahiş etmək istəmədi. Culiyanın gördüyü otaq
kifayət qədər böyük olsa da, hər tərəfindən kasıblıq
yağırdı – solub-soluxmuş divar kağızları, parçası sürtül-
müş köhnə mebel. Stolun üstə içində keks olan qab, iki
fincan, qənddan və süd qabı var idi, saxsı qab-qacaq ən
ucuzlarından idi.
Gənc:
– Zəhmət olmasa, əyləşin, – dedi. – Su artıq qay-
nayır. Bir dəqiqə. Qaz vanna otağındadır.
O çıxdı və Culiya yan-yörəsinə baxdı.
“Ay səni, quzuciyəz! Belə görünür ki, lap kilsə siçanı
kimi heç nəyi yoxdu”.
Bura səhnəyə ilk çıxdığı vaxtlarda yaşamalı olduğu
həmin mebelli otağı Culiyanın yadına saldı. Çox təsir-
liydi, o gənc gizlətməyə çalışsa da, buranın eyni vaxtda
həm qonaq, həm yemək, həm də yataq otağı olduğu
Culiyanın gözündən yayınmadı. Divanın qarşısındakı
divan, aydın məsələdi ki, gecələr ona çarpayı kimi
xidmət eləyirdi. Culiya, sanki, ikionilliyin yükünü
çiynindən atdı. Xəyalən öz gəncliyinə qayıtdı. Belə otaq-
larda yaşamaq necə də qayğısız, şən idi, yemək adına
olan hər şeyi onlar necə də ləzzətlə həzmi-rabedən keçi-
rirdilər: kağız bağlamalarda olan yeməli şeylər, yaxud
qazda qızardılmış və üstünə yumurta vurulmuş donuz
əti!.. Evin sahibi əlində qəhvəyi çaynik gəldi. Culiya
üstünə çəhrayı krem çəkilmiş dördkünc biskvit məmu-
latını yedi. O, uzun illər idi ki, iştahına belə sərbəstlik
102