Page 101 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 101
Seçilmiş əsərləri
ötrü hansısa xor qızının birisidi. Ancaq durub gülə-
sən,vəssalam.
– Niyə də yox?
– Doğrudan? – Səs həyəcanlıydı. (“Onun necə də
şirin səsi var”.) – Nə vaxt?
Bu dəqiqə uzanıb dincəlməyə qəti həvəsi yox idi.
– Bu gün.
– Əla. Mən idarədən icazə alıb tez çıxaram. Beşin
yarısı sizi təmin edir? Tevistok-skver, yüz otuz səkkiz.
Culiyanı öz evinə dəvət etməsi onun tərəfindən çox
nəcib bir addım idi. O, dəbdə olan bir yer adı da çəkə
bilərdi ki, orada hamı gözüylə Culiyanı yeyəcəkdi.
Deməli, məsələ o gəncin sadəcə Culiya ilə bir yerdə
görünmək istəməsində deyil.
Tevistok-skverə Culiya taksiylə yollandı. O, özün-
dən razı qalmışdı. Xeyirxah iş görmək həmişə xoşdu. O,
gələcəkdə arvadına və uşaqlarına məmnunluqla danı-
şacaq ki, bəs hələ mühasibatlıq idarəsində xırda bir işçi
olduğu vaxtlarda Culiya Lembert çay içmək üçün şəxsən
onun evinə təşrif buyurub. O elə sadə, elə təbii insan idi
ki... Çərənləmələrini dinləyəndə ağlına belə gəlməzdi ki,
o, İngiltərənin çox böyük aktirisasıdı. Əgər inanmasalar,
onlara altından “Səmim qəlbdən Sizin Culiya Lembert”
imzasını qoyduğu fotonu göstərər. Gülə-gülə deyəcək
ki, əlbəttə, o, belə üzlü olmasaydı, onu evinə çağırmağa
heç vaxt cürət etməzdi.
Evə çatıb taksini buraxandan dərhal sonra ağlına
gəldi ki, onun adını elə də xatırlaya bilmədi. İndi qapı
açılanda kimi soruşacaqdı? Amma qapıya yaxınlaşanda
gördü ki, orada bir yox, nə az, nə çox, düz səkkiz zəng
var: hərəsi iki zəng olmaqla dörd sıra və hər birinin
yanında üstünə adlar yazılmış kağız parçaları. Bu,
mənzillərə bölünmüş köhnə malikanə idi. Culiya ümid-
siz halda adları oxumağa başladı. Kim bilir, bəlkə onlar-
dan hansısa tanış gəldi. Elə bu vaxt qapı taybatay açıldı
və şəxsən özü Culiyanın qarşısında peyda oldu.
101