Page 103 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 103
Seçilmiş əsərləri
verməmişdi. Şəkərli və südlü tünd seylon çayı onu,
deyəsən, artıq çoxdan unutduğu günlərə qaytardı. O,
yenidən az tanınan, uğura can atan gənc bir aktrisaydı.
Nə gözəl duyğu. Bu hiss hansısa bir jest tələb eləyirdi.
Culiyanın ağlına yalnız bir şey gəldi: şlyapasını çıxarıb
saçını dağıtdı.
Söhbətə başladılar. Gənc utana-utana qalmışdı, elə
bil, bayaq telefonda ötkəm-ötkəm danışan həmin adam
deyildi. Bir də ki, burada təəccüblü nəsə yoxdu. İndi axı
Culiya buradadır, gözünün qabağındadır, ona görə də
təbii ki, sıxılır, həyəcanlanır. Culiya qərara aldı ki, onu
toxtatsın. O gənc Culiyaya valideynlərinin Hayqeytdə
yaşadıqlarını dedi. Atası hökumət işindəydi. Əvvəllər
valideynləriylə bir yerdə yaşayıb, sonra özü özünə
yiyəlik eləmək istədiyindən indi, təhsilinin sonuncu ili,
ailəsindən ayrılaraq bu xırda mənzili kirayə edib. O, son
imtahanına hazırlaşırdı. Onlar teatrdan danışırdılar. O
gənc on iki yaşından bu yana Culiyanı bütün rollarında
görmüşdü. Dedi ki, bir dəfə günorta tamaşasından sonra
xidməti çıxışda dayanıbmış və Culiyanı görəndə onun
avtoqraflar kitabçasına qol çəkməsini xahiş edib. Hə, bu
gənc çox ürəyəyatımlıdır: mavi gözlər, açıq şabalıdı
saçlar! Heyif ki, saçlarını yağlayır. Dərisi necə də ağdı və
üzünün əzələlərinin üstə vərəm qızartısı var. Maraqlıdır,
görən, vərəm deyil ki? Ucuz kostyum əynində yaxşı otu-
rub. O, əyin-başına fikir verməyi bacarır və xoşlayır.
Kənardan da görünür ki, həddən ziyadə təmizkardı.
Culiya onun nəyə görə məhz Tevistok-skveri seç-
diyini soruşdu. Gənc səbəbi buranın mərkəzdən uzaq
olmaması və ağacların bolluğuyla izah etdi. Pəncərədən
baxanda adamın eyni açılır. Culiya da baxmaq üçün
qalxdı. Çıxıb getmək üçün yaxşı bəhanədi. Elə dur-
muşkən şlyapasını da başına qoyub o gənclə sağollaşar.
– Hə, füsunkar yerdi. Qoca, əziz London: o dəqiqə
adamın ürəyi açılır.
103