Page 105 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 105
Seçilmiş əsərləri

fikrində deyildi, bü gün ona özünü belə aparmağa
imkan verməsi səfehlik idi, buradan o yana əyləci bas-
maq lazımdı. Amma ona indi bu səhnənin davamının ol-
mayacağını desə, gənc inadkalıq göstərə bilər.

– Bu günlərdə özüm zəng eləyəcəm.
– And iç.
– Doğru sözümdü.
– Çox yubatma.
O, inadla Culiyanı aşağı ötürüb taksiyə əyləşdirdi.
Culiya zəngin yanındakı kağızı oxumaq üçün tək
düşmək istəyirdi. “Heç olmasa onun adını bilməliydi
axı”.
Amma gənc ona bu imkanı vermədi. Taksi tərpənib
uzaqlaşanda oturacağın küncünə söykənən Culiya, az
qala, gülməkdən boğulacaqdı.
“Zorlandın, əzizim. Özü də necə lazımdı. Bu yaşda,
bu başda. Hətta heç “icazənizlə-filan”da olmadı. Elə bil,
adi bir fahişəyəm. Lap on səkkizinci əsrin komediyaları
kimi. Başqa ad vermək olmur. Məndən yaxşı qulluqçu
çıxar. O vaxt geyindikləri bu gülməli, yumşaq qadın
tumanlarına onlar, lənət şeytana, nə deyirdilər? Əndam-
larını xüsusi qabardırdılar, qarınlarına fartuq, boyun-
larına yaylıq bağlayırdılar. Və Farkerlə Qoldsmiti1
bir-birinə qatıb təsəvvüründə belə bir dialoq yaratdı:
“Fu, ser, ayıb deyilmi, sadə bir kəndli qızın təcrübəsiz-
liyindən istifadə etdiniz. Xanımın qulluqçusu missis
Ebiqeyl biləndə ki, zati-alilərin qardaşı bəkarətimi poz-
maqla bizim kimi qızların malik olduqları ən qiymətli
xəzinəni məndən oğurlayıb nə deyəcək?”
Culiya evə qayıdanda masajçı qadın artıq onu
gözləyirdi. Miss Filippe Eviylə çənə vururdu. Evi onu
görüb soruşdu:

1 İngilis-irland dramaturqu Corc Farker (1677-1707), ingilis yazıçı Oliver
Qoldsmit (1728-1774)

105
   100   101   102   103   104   105   106   107   108   109   110