Page 109 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 109
Seçilmiş əsərləri

hamısı büsbütün tutulub, yalnız ümidini kiminsə son
anda qatara gecikməsinə bağlaya bilər. Bütün gecəni bi-
rinci dərəcəli vaqonun kupesinin küncündə oturmaq heç
də bəyəniləsi iş deyildi. O, nahar üçün vağzalın resto-
ranlarına gedəndə bütün günü çəkdiklərindən bərk
həyəcanlıydı. Onu ikinəfərlik stolda əyləşdirdilər. Az
sonra boş stulu hansısa bir kişi tutdu, Culiya ona qəti
fikir vermirdi. Bir müddət sonra chef de train Culiyaya
yaxınlaşıb böyük təəssüf hissiylə bəyan etdi ki, ona heç
cür kömək eləyə bilməyəcək. Culiya özündən çıxsa da,
xeyri yox idi. O gedəndən sonra stol qonşusunun səsi
gəldi. Fransızca sərbəst danışsa da, Culiya aksentindən
başa düşdü ki, fransız deyil. Onun ədəb-ərkanlı sorğu-
sualına cavabında Culiya bütün tarixçəni bəyan etdi.
Kuka şirkəti, Fransa dəmiryolu, bütün bəşər övladı
haqqında düşündüklərini onunla bölüşdü. O, Culiyanı
ürək ağrısıyla dinlədi və dedi ki, nahardan sonra özü
qatarboyu gəzib baxacaq görsün, bir şey təşkil edə
bilirmi. Bələdçi yaxşı pula nə desən, eləyər.

Culiya köks ötürüb:
– Mən dəhşət yorulmuşam, – dedi, – bir yataq ku-
pesi üçün böyük sevinclə lap beş yüz frankdan da
keçərəm.
Beləcə, aralarında ünsiyyət yarandı. Həmsöhbəti
dedi ki, o, Parisdəki İspaniya səfirliyinin attaşesidir və
Kanna pasxanı keçirməyə gedir. Culiya onunla artıq
saatın dörddə biri qədər söhbət eləsə də, sifətinə əməlli-
başlı fikir verməmişdi. Onun qara, qıvrım saçlarına və
qara, qıvrım bığına ancaq indi nəzər yetirdi. Saqqalı çox
qəribəydi: dodağının aşağı künclərində ləkə kimi
görünən iki qırxılmış hissə sifətinə qəribə görkəm
verirdi. Bu saqqal, qara saçlar, ağır, yarımaçıq kirpiklər
və kifayət qədər uzun burun ona kimisə xatırladırdı.
Amma kimi? Qəflətən xatırladı və elə heyrətləndi ki,
özünü saxlaya bilməyib ucadan dedi:

109
   104   105   106   107   108   109   110   111   112   113   114