Page 108 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 108
yam Somerset Moem
ON İKİNCİ HİSSƏ
Culiya yatağa girib qızdırıcının xoş istisini hiss
eləmək üçün ayaqlarını uzadandan sonra özünün qızılı
məlaikəli mavi-çəhrayı yataq otağını məmnunluqla
gözdən keçirib razı qaldı. Eynən, elə bil, madam de Pom-
padurun qəbul otağıdı. İşığı söndürdü, amma nəsə
yuxusu yox idi. İndi Kvequya–Bal de l’Operaya1 gedə
bilsəydi, necə də sevinərdi. Amma Mayklla yox, XV
Lüdoviqlə, ya bavariyalı Lüdoviqlə, ya Alfred de Müs-
seylə, yaxud Kleronla rəqs eləmək istəyirdi. Bir vaxtlar
Çarlzın ona hədiyyə etdiyi miniatürü xatırladı. Nə
vaxtdan bəriydi ki, belə macəra ondan gen gəzirdi. Buna
oxşar bir şey son dəfə səkkiz il əvvəl baş vermişdi. Əl-
bəttə, o gərək həmin hadisəyə görə xəcalət hissi keçi-
rəydi. Sonra yaman qorxmuşdu! Olan olub, amma nə
gizlədəsən, Culiya həmin hadisəni həmişə gülə-gülə
xatırlayırdı.
O vaxt da hər şey təsadüfən baş verdi. Culiya neçə
həftəydi, fasiləsiz oynayırdı, ona mütləq istirahət lazım
idi. Pyesə artıq publikanın marağı öldüyündən yenisinin
məşqlərinə başlamışdılar ki, elə bu vaxt Maykl teatr bi-
nasını altıhəftəliyə bir fransız truppasına icarəyə verə
bildi. Bu, Culiyaya buradan uzaqlaşmağa imkan yaratdı.
Dolli Kannda bütün mövsüm üçün bir ev kirələmişdi.
Culiya ona qonaq ola bilərdi. Pasxa ərəfəsində yola çıxdı.
Qatarlar sərnişinlə elə dolmuşdu ki, o, yataq vaqonunun
kupesinə bilet tapa bilmədi. Amma Kuka şirkətinin
dəmiryol bürosunda dedilər ki, narahat olmasın, Parisdə
onu yataq yeriylə təmin edəcəklər. Onun çox böyük
təəccübünə rəğmən məlum oldu ki, Parisdə bu haqda
heç nə bilmirlər. Chef de train2 ona dedi ki, yataq yerləri
1 Kvequya–Bal de l’Opera – Opera teatrında bal (fran.)
2 Chef de train – Qatar rəisi (fran.)
108