Page 114 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 114
yam Somerset Moem
– Siz qiyamət qadınsınız!
Hər halda, yaxşı ki, əynindəki gecə köynəyi ona
yaraşır, üzünü kremləməyə də vaxtı olmayıb. Düzü,
köhnə ənlik-kirşanı silmək üçün hələ özünə əziyyət
verməyib. Dodaqları al-qırmızıdı və bilir ki, kitab
oxuması üçün yanan başının arxasındakı lampanın
işığında heç də pis görünmür. Amma cavabı sərt oldu:
– Əgər kupenizi mənə güzəştə getdiyinizə görə
sizinlə yatacağımı düşünürsüzsə, səhv edirsiniz.
– Necə istəyirsiniz. Amma niyə də yox?
– Mən siz güman etdiyiniz həmin o “qiyamət”
qadınlardan deyiləm.
– Bəs hansı qadınlardansınız?
– Sədaqətli həyat yoldaşı və mehriban ana.
O ah çəkdi.
– Neynək, onda gecəniz xeyrə qalsın.
Siqaret kötüyünü külqabıda əzib Culiyanın əlini
dodaqlarına yaxınlaşdırdı. Dodağıyla asta-asta qolun-
dan çiyninəcən yol getdi. Culiyanı qəribə hiss bürüdü.
Saqqal onun dərisini yüngülcə qıdıqlayırdı. Sonra o
əyilib Culiyanın dodaqlarından öpdü. Onun saqqalın-
dan nəsə qeyri-adi boğucu qoxu vururdu. Ona qarşı
nifrət, yoxsa məhəbbət hiss eləyirdi? Culiya cavabı bil-
mirdi. Qəribədi, bir tərəfdən baxanda hələ indiyəcən
onu saqqallı kişi öpməmişdi. Deməli, bu o qədər də
ədəbsizlik deyil. Düyməni basdı və işıq söndü.
O yalnız nazik işıq zolağı elə də kip örtülməyən
pərdələrin arasından içəri keçib səhərin açılmasından
xəbər verəndə çıxıb getdi. Culiya tamam sarsılmışdı:
həm mənəvi, həm cismani, “Kanna gəlib çatanda əsl
xəbərdarlıq edirmiş kimi görünəcəyəm”.
Belə risq etmək! O axı onu öldürə, yaxud mirvari
boyunbağısını oğurlaya bilərdi. Özünü hansı təhlükəyə
atdığını fikirləşəndə Culiyanı gah soyuq, gah da isti
basırdı. O da Kanna gedir. Birdən orada onunla tanış-
114