Page 96 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 96
yam Somerset Moem
İndi də içindən zəif səs, hıçqırtı çıxmasa da, göz yaşları
yanaqları boyu axırdı. Ağzı zəif azca açıq qalmışdı,
gözləri incik uşağın gözləri kimiydi. Bütün bunlar çox
təsirli mənzərə yaratmışdı. Lord Çarlz buna dözə bil-
mirdi, üzünün hər cizgisindən bir ağrı boylanırdı. Da-
nışmağa başlayanda içini bürüyən hisslərdən səsi də çat
vermişdi. O səs xırıltılıydı:
– Siz Mayklı sevirsiniz, eləmi?
Culiya güclə seziləcək tərzdə başını tərpətdi. Sanki,
özünü toparlamaq üçün dodaqlarını bir-birinə sıxdı,
amma əvvəlki kimi yanaqlarıyla axıb gedən göz yaşları
ona tabe olmurdu.
– Mənim heç bir ümidim yoxdu, eləmi?
O, cavab gözləyirdi. Culiya isə əvvəlki kimi dolmuş
gözləriylə ona baxa-baxa qalmışdı, bu sözdən sonra
dəyişən yalnız o oldu ki, əlini ağzına aparıb dırnaqlarını
yeməyə başladı.
– Hər dəfə sizi görəndə nə əzab çəkdiyimi təsəv-
vürünüzə belə gətirə bilməzsiniz. Bundan sonra sizinlə
görüşməyə davam etməyimi istəyirsinizmi?
Culiya yenidən güclə seziləcək tərzdə başını
tərpətdi.
– Klara günümü qara eləyib. Sizə vurulduğumu
hiss eləyib. Ayıq başla fikirləşəndə boşanmaqdan başqa
yolumuz yoxdu.
Bu dəfə Culiya yüngülcə başını buladı, hıçqırdı.
Kresloya yayxanıb üzünü çevirdi. Bu görkəmi dərdinin
nə qədər ağır olduğundan xəbər verirdi. Kim axı burada
dayana bilərdi? Çarlz bir addım atıb dizüstə çökdü və
dərddən üzülən, kirimək bilməyən bu məxluqu qucaq-
ladı.
– Gülümsəyin, Tanrı xətrinə. Mən buna dözə
bilmərəm. O, Culiya, Culiya!.. Bilməzsiniz, sizi necə sevi-
rəm. İmkan vermərəm ki, mənə görə əzab çəkəsiniz.
Mən hər şeyə razıyam. Daha heç nəyə iddia etməyəcəm.
96