Page 90 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 90
yam Somerset Moem
ON BİRİNCİ HİSSƏ
Səhəri gün Çarlz Temerli Culiyanı lança dəvət etdi.
Onun atası markiz Dennorant varlı bir vərəsəylə evlən-
mişdi və Çarlza da valideynlərindən xeyli var-dövlət
qalmışdı. Özünün Hill-stritdəki malikanəsində ziyafətlər
təşkil etməyi xoşlayırdı və Culiya da tez-tez bu qəbullara
dəvətli olurdu. Ürəyinin dərinliyində Culiya burada
gördüyü özündən müştəbeh xanımlara və mərhəmətli
cənablara nifrət edirdi. Axı, o, öz işinin ustası kimi,
çörəyini onlardan fərqli olaraq, alın təriylə qazanırdı.
Amma həm də yaxşı anlayırdı ki, belə yerlərdə yaxşı
əlaqələr yarada bilər. Onların sayəsində qəzetlər “Sid-
donsteatr”da baş tutan möhtəşəm premyeralardan
yazırdı və Culiya şəhərətrafı qəbullarda topa-topa kübar
insanın əhatəsində şəkil çəkdirəndə bilirdi ki, bu, onun
üçün yaxşı reklamdı. Ondan gənc olan bir-iki aparıcı ak-
trisaya, Culiyanın ən azı üç hersoginyanı adıyla çağır-
ması elə də xoş gəlmirdi. Belə şeylər Culiyanın vecinə də
deyildi. Culiya elə də maraqlı həmsöhbət deyildi, amma
danışanı elə diqqətlə dinləyir və bu zaman gözləri elə
par-par yanırdı ki, heç kim onunla birlikdə olmaqdan
bezmirdi. O, kübar cəmiyyətin jarqonunu çox tez
mənimsədi. Belə ki, onda çox güclü təqlidçilik istedadı
var idi. Doğrudur, istedadının bu tərəfini, adətən, üzə
çıxarmırdı, hesab eləyirdi, səhnədə oyununa mane ola
bilər, amma belə məclislərdə ondan öz xeyrinə istifadə
etməklə hazırcavab qadın kimi hörmət qazanmışdı. Bu
bayram ovqatlı nazlı-qəmzəli xanımlara xoş gəlmək
özünə də xoş idi, amma onların gözlərini onun məhz ro-
mantik parıltısının qamaşdırmasına ürəyinin bir yerində
gülürdü. Maraqlıdır, əgər onlar naxışı gətirən aktrisanın
həyatının həqiqətdə necə nasiranə olduğunu, dinclik
bilməyən zəhmət, özünə daimi qayğı, bununla yanaşı,
ölçülü-biçili, yeknəsəq ömür sürməyi tələb etməsini
90