Page 87 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 87
Seçilmiş əsərləri

qadın gəlib çıxanacan daş kimi yatıb qaldı. Evi axşam
qəzetlərini gətirdi. Uzun, biçimli ayaqları və yastı qarnı
masaj olunan müddətdə Culiya eynəyini taxıb səhər
oxuduqları elə həmin teatr xəbərlərini, kübar cəmiyyətin
xronikasını və qadınlar üçün səhifəni bir də gözdən
keçirdi. Bir azdan Maykl içəri keçib çarpayıda ona yaxın
əyləşdi.

Culiya soruşdu:
– Hə, adı necə oldu?
– Kimin?
– Lança dəvət elədiyimiz oğlanın.
– Mən haradan bilim. Onu teatra ötürən kimi yad-
dan çıxardım.
Maykl həmin o masajist qadının, miss Filippenin
xoşuna gəlirdi. Fikirləşirdi ki, onunla dərdləşmək xoşdu.
Çünki Maykl həmişə eyni şeyi deyirdi və bilirdin, nə
cavab verəsən, adamı yormurdu. Necə də gözəldi!..
Hətta inanılmaz dərəcədə!
– Hə, miss Filippe piyi əridəkmi?
– Ah, mister Qosselin, miss Lembertdə piydən əsər-
əlamət belə yoxdu. Onun özünü belə saxlaya bilməsi lap
möcüzədi.
– Heyif ki, siz məni masaj eləyə bilmərsiniz, miss
Filippe. Bəlkə, onda mənim də artıq-urtuğum yox olardı.
– Nə danışırsınız, mister Qosselin! Sizdə iyirmiyaşlı
gəncin bədən quruluşu var. Bunu necə bacardığınızı
ağlıma sığışdıra bilmirəm, doğru sözümdü, heç cür
ağlıma sığışdıra bilmirəm.
– “Sadə həyat tərzi, yüksək təfəkkür tərzi”1.
Culiya onların boş-boş danışmasına əhəmiyyət ver-
mirdi, amma miss Filippenin cavabını qulağı aldı.
– Əlbəttə, mən həmişə deyirəm ki, masajdan yaxşı
şey yoxdu, amma gərək pəhriz də saxlayasan. Əsas
məsələ budur.

1 Siseron, “Doğmalara məktub”

87
   82   83   84   85   86   87   88   89   90   91   92