Page 88 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 88
yam Somerset Moem
Culiya ürəyində belə fikirləşdi:
– Hə, mütləq pəhriz lazımdı. Altmış yaşım olanda
özümə sərbəstlik verərəm. Ürəyim istəyən qədər yağ-
çörək yeyəcəm, səhərlər isti kökə, lançda və naharda
kartof qızartması yeyəcəyəm, hətta pivə də içəcəm. İlahi,
mən pivəni necə də xoşlayıram! Noxudlu şorba, tomatlı
şorba, düyü ilə kişmiş, yumurta və süddən olan azşə-
kərli kükü və albalı piroqu. Gavalı, gavalı, gavalı. Tanrı
özü köməyimdə duracaq, həyatım boyu heç vaxt is-
panaqa əl vuran deyiləm.
Masaj qurtarandan sonra Evi Culiyaya bir fincan
çay, üstündən piyi kəsilib götürülmüş bir dilim vetçina
və qızardılmış çörək gətirdi. Culiya yataqdan qalxıb ge-
yindi və Mayklla teatra yollandı. Culiya teatra tamaşa-
dan bir saat öncə gəlməyi vərdiş eləmişdi. Maykl yemək
üçün kluba getdi. Evi bura daha ertədən gəlmişdi. Odur
ki, Culiya öz otağına girəndə burada artıq hər şey hazır
idi. Culiya təzədən soyunub xalatını geyindi. Culiya
qrimlənmək üçün güzgülü stolun arxasına keçib əy-
ləşəndə güldana təzə-tər çiçəklərin qoyulduğunu gördü.
– Bu çiçəkləri kim göndərib? Missis de Friz?
Dolli premyeralar, yüzüncü, əgər olurdusa, ikiyü-
züncü tamaşa üçün həmişə ona iri gül dəstələri bağlat-
dırıb göndərirdi, arada isə hər dəfə öz evinə gül sifariş
eləyəndə ondan Culiyaya da pay ayırırdı.
– Xeyr, miss.
– Lord Çarlz göndərib?
Lord Çarlz Temerli Culiyanın ən qədim və ən sadiq
pərəstişkarı idi. Gül dükanlarının yanından keçəndə o,
adətən, ora girib Culiya üçün qızılgüllər seçirdi.
Evi:
– Ora kağız qoyulub, – dedi.
Culiya üstünü oxudu. Mister Tomas Fennel. Tevis-
tok-skver.
– Ada bir bax. Səncə, bu kim ola bilər, Evi?
– Yəqin, sizin məsum gözəlliyinizdən başını itirən
zavallılardan biridi.
88