Page 81 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 81
Seçilmiş əsərləri
tamaşaya quruluş vermək üçün belə böyük pullar istə-
məsi onu həmişə hiddətləndirirdi. Son vaxtlar isə hətta
onlardan bəziləri kassa yığımından paya iddia edirdilər.
Nəhayət, təsadüf elə gətirdi ki, Culiyanın daha çox
bəyəndiyi iki rejissorun işi çıxdı. Qalanlardan az-çox
inandığı o bir nəfər isə öz qiymətli vaxtından onlara
ayıra bilmədi.
Maykl:
– Öz bəxtmi sınamaqdan imtina etməzdim, – dedi.
Culiya tərəddüd içindəydi. Maykl təxəyyül sarıdan
seçilmirdi, ideyaları da bəsit idi. Culiya aktyorların onun
tapşırıqlarını eşidəcəklərinə əmin deyildi. Amma az-çox
bəyəndikləri rejissor elə ağlasığmaz qonarar tələb etdi
ki, Maykla öz qüvvəsini sınamaq imkanı verməkdən
başqa çıxış yolları qalmadı. O, sınaqdan gözlədik-
lərindən xeyli yaxşı çıxdı. Maykl vicdanlı, diqqətli və
dürüst idi. İşdən qəti qorxmurdu. Və öz heyrətinə rəğ-
mən, Culiya gördü ki, o, digər rejissorlara nisbətən on-
dan daha çox çəkib qopara bilir. Çünki onun nəyə qadir
olduğunu hamıdan yaxşı bilirdi. Onun hər intonasi-
yasına, gözəl gözlərinin hər ifadəsinə, biçimli bədəninin
hər hərəkətinə bələd olduğundan Culiya onun məsləhət-
ləriylə ən yaxşı rollarından birini yaratdı. Truppanın
aktyorlarına qarşı tələbkar olsa da, həm də onlarla dost
münasibətdə idi. Aktyorların əsəbləri tarıma çəkiləndə
onun ürəkaçıqlığı, səmimi davranışı bütün ağrıları unut-
dururdu. Bu tamaşadan sonra növbəti pyesləri kimin
səhnələndirəcəyi sualı aradan qalxdı. Müəlliflər Mayklı
sevirdilər. Çünki yaradıcı təxəyyülə malik olmadığından
o imkan yaradırdı ki, öz yerinə pyes özü danışsın. Və çox
vaxt müəllifin nə demək istədiyinə tam əmin olmadı-
ğından onların izahatlarını dinləməli olurdu. Culiya
artıq varlı bir qadın olmuşdu. O, Mayklın onun pullarına
öz pulları qədər diqqətli olmasını etiraf etməyə bilməzdi.
Maykl Culiyanın əmanətlərinə nəzarət edirdi və onun
81