Page 76 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 76
yam Somerset Moem

– Hə, nə fikirləşirsən?
– Yaxşı pyesdi. Uğur qazanılmalıdır.
Maykl onun səsində müəyyən tərəddüd hiss elədi.
– Bəs onda nə məsələdi? Sənin roluna söz ola bil-
məz. Belə şeyləri sən hamıdan yaxşı eləyirsən. Xeyli
gülməli səhnə var, hiss-həyəcan da aşıb-daşır.
– Möcüzə roldu, mübahisə eləmirəm, məni narahat
eləyən kişi roludur.
– O da elə pis deyil.
– Elə olmağına elədi, amma axı onun əlli yaşı var.
Sən onu cavanlaşdırsan, bütün dadı-duzu qaçacaq. Yaşlı
adam rolu da sənə yaramır.
– Mən heç onu oynamaq fikrində də deyiləm. Bu
rola yalnız bir aktyor yarayır: Mont Vernoy. O, mütləq,
bizim olacaq. Mənə gəlincə, Corcu oynayacam.
– Amma bu elə xırda roldur ki. Nəyinə lazımdı?
– Niyə də yox.
– Elə bilirdim, biz şəxsi teatrımızı ona görə açırıq ki,
hər ikimiz baş rolda çıxış eləyə bilək.
– Mənim heç eynimə də deyil. Əgər pyesdə sənə
layiq rol varsa, məni hesaba almağa ehtiyac yoxdu.
Bəlkə, o biri pyesdə bizimki gətirdi.
Culiya kresloya yayxandı və yanaqlarından yaş
axdı.
– Ah, mən lap donuzam!
Maykl gülümsədi. Onun təbəssümü əvvəlki kimi
valehediciydi. Yaxın gəldi, Culiyanın yanında dizüstə
çöküb onu qucaqladı.
– Bu gün sənə nə olub, qarıciyəzim?
İndi ona baxanda Culiya bu kişinin bir vaxtlar onda
nədən belə dəli ehtiras oyatdığını heç cür anlaya
bilmirdi. İndi Mayklla öz arasında intim münasibətlər
barədə fikirləşəndə belə ödü ağzına gəlirdi. Xoşbəxt-
likdən öz əliylə onun üçün qurub-yaratdığı yataq otağı
Maykl çox bəyənmişdi. Yataq ondan ötrü heç vaxt birinci

76
   71   72   73   74   75   76   77   78   79   80   81