Page 73 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 73
Seçilmiş əsərləri
Əlbəttə, Culiya gözüaçıq qadındır, heç nəyi buraxan
deyil, amma yazıq o qədər qısqancdır ki, həmişə elə bilir,
qadınlar onun boynundan asılı qalıblar. Doğrudur, Dolli
Miladda ona taxma düymələr bağışlamışdı, amma elə
güman eləyirdi ki, qadın hədiyyəni, sadəcə, onun incik
qalmaması üçün vermişdi. Həm də axı o, Culiyaya qiy-
məti iki yüz funtdan əskik olmayan bəzək sancağı hədiy-
yə etmişdi. Belə çıxır ki, o, fikri yayındırmaq üçün bu cür
eləyib. Amma o, nəyə desən and içə bilər ki, ona heç vaxt
ümid verməyib. Culiya güldü:
– Yox, əzizim, düzdü, o vurulub, amma sənə vurul-
mayıb.
Maykl pərt oldu. Görən, onun nə fikiləşdiyindən
Culiya hər dəfə necə duyuq düşür? Hə, ondan nəsə giz-
lətmək mümkün deyil.
– Bəs onda niyə məni belə fikirlərə sürükləyirsən?
Səni bütün müqəddəslərə and verirəm, elə danış, başa
düşmək mümkün olsun.
Culiya elə də danışdı.
Maykl ucadan:
– Həyatım boyu belə səfehlik eşitməmişəm! – dedi.
– Culiya, sadəcə, sənin ağlın azıb.
– Əzizim, boşla görək.
– Yox, mən sənin bir sözünə də inanmıram. Ona
qalsa, biz də kor deyilik. Necə olub ki, mən heç nə sez-
məmişəm?
Culiya hələ heç vaxt onu belə əsəbi görməmişdi.
– Hətta əgər bu, həqiqət olsa belə, elə bilirəm, sən
özünü qorumağı bacararsan. Bu fürsət bir də çətin düşə,
onu buraxmaq ağılsızlıq olardı.
– “Öz arşınına görə“1dəki Klavdio və İzabella kimi.
– Belə danışmaq yaramaz, Culiya. Mən, hər halda,
centlmenəm.
1 “Öz arşınına görə” – Uilyam Şekspirin komediyası
73