Page 71 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 71
Seçilmiş əsərləri

həddən artıq coşqun və eyni zamanda özündən bəd-
güman bu qadın teatr vurğunu idi. Culiya və Maykl xoş-
bəxtliklərini Londonda axtarmağı qərara alanda, Cimmi
Lenqton bəzən teatrını bağlamaq həddinə çatanda kö-
məyinə gələn həmin qadından onlara imkanı daxilində
əl tutmağı xahiş etdilər. Missis de Friz Culiyanı Mid-
dlpulda artıq görmüşdü. O, gənc aktyorları antrepre-
nerlərlə tanış etmək üçün ziyafət təşkil edərək, onları
Qildfordun yaxınlığındakı əzəmətli evinə qonaq çağırdı.
Onlar burada yuxularında belə görmədikləri bir dəbdə-
bə gördülər. Mayklı o, qəti bəyənmirdi. Culiya Dolli de
Frizin onun mənzilinə və teatrdakı qrim otağına göndər-
diyi çiçəklərdən, ondan aldığı hədiyyələrdən: çantalar-
dan, neseserlərdən, yarıqiymətli daş-qaşlardan hazırlanan
üstü muncuqlu sancaqdan məmnun qalardı. Amma
Dollinin bu səxavətinin nədən qaynaqlandığını başa
düşdüyünü üzə vurmayıb bütün bunları yalnız və
yalnız istedadına verilən qiymət kimi qəbul eləyirdi.
Maykl müharibəyə yollananda Dolli inad etdi ki, Culiya
köçüb onun Monteqyu-skverdəki evinə gəlsin. Amma
Culiya çılğıncasına minnətdarlığını bildirib dəvətdən
imtina etdi. Özü də elə bir tərzdə ki, köks ötürüb gö-
zündən yaş axıdan Dolli onunla daha artıq qürrələndi.
Rocer doğulanda Culiya Dolliyə onun xaç anası olmağı
təklif etdi.

Bir müddət Maykl Dolliyə müraciət edib-etməmək
barədə düşündü. Amma o, kifayət qədər ayıq idi və
yaxşı başa düşürdü ki, o qadın Culiya üçün nəsə eləyibsə
də, onun üçün barmağını da tərpədən deyil. Culiyaya
gəlincə, o, həmin qadının köməyinə bel bağlamaqdan
qəti imtina etdi.

– O, onsuz da, bizə qarşı çox mərhəmətli olub. Doğ-
rusu, ondan indi də nəsə qoparmağa üzüm gəlməz.
Həm də imtina eləsə, mənə çox pis təsir eləyər.

71
   66   67   68   69   70   71   72   73   74   75   76