Page 70 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 70
yam Somerset Moem
açsa da, eşq namələrini qarşısındakına sanki özü-özünə
gülürmüş kimi oxusa da və beləcə coşqun məhəbbət
səhnəsini yola versə də, publika heyran qalırdı. O, kefcil
adam, varlı avara, qumarbaz centlmen, hərbçi, canlara
dəyən gənc, tüfeyli rolları üzrə ixtisaslaşmışdı. Antre-
prenerlər onu çox istəyirdilər. Maykl yorulmadan işləyir
və tapşırıqlara əməl eləyirdi. Ondan ötrü əsas rolun
özüydü, necəliyinin elə də fərqində deyildi. O, özünə
layiq bildiyi pulu almaq üçün dəridən-qabıqdan çıxırdı,
alınmayanda, işsiz qalmaqdansa, aza da qane olurdu.
Maykl öz planlarını cidd-cəhdlə götür-qoy eləyirdi.
Qışda, müharibə qurtarandan dərhal sonra qrip
epidemiyası yayıldı. Mayklın valideyinləri bu epidemi-
yadan çıxmadılar. Ona, təxminən, dörd min funt qaldı
ki, bu da özünün və Culiyanın pulları və əmanətləri ilə
birlikdə yeddi minə yaxın eləyirdi. Amma teatr binası
üçün ödəniş haqqı dəhşətli dərəcədə qalxmışdı, aktyor-
ların və səhnə fəhlələrinin əməkhaqqı da artmışdı. Odur
ki, indi şəxsi teatr açmaq üçün daha çox pul tələb olu-
nurdu. Müharibə başlananacan artıqlamasıyla bəs elə-
yən bu yeddi min indi heç də işə yaramırdı. Bir çıxış yolu
qalırdı. Bir-iki uğursuz tamaşanın onların kitabını bağ-
lamaması üçün varlı birisini bu işə cəlb eləyib özlərinə
şərik etməliydilər. Deyirdilər ki, yeni pyesin quruluşu
üçün samballı məbləğdə çek yazan sadəlövhü həmişə
tapmaq mümkündü, amma sözdən işə keçəndə məlum
olurdu ki, bu pyesdə baş rolu o varlının himayə etdiyi
hansısa bir gözəlçə oynamalıdır və pul yalnız bu şərtlə
verilə bilər. Əvvəllər tez-tez zarafatlaşırdılar ki, bəs han-
sısa varlı bir qarı Maykla vurulsaydı, ona öz teatrını
açmağa kömək eləyərdi. Amma, hər halda, onların ras-
tına pullu bir qadın çıxdı. Özü də heç də yaşlı deyildi.
Amma onu Maykl yox, Culiya maraqlandırırdı.
Dolli de Friz dul idi. Bəstəboy, dolu, bir qədər kişi-
sifət, gözəl qartalburunlu, qaragözlü, aşıb-daşan enerjili,
70