Page 72 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 72
yam Somerset Moem

– Başlamışıqsa, axıracan gedək. Özü də o, bu işdə
nəsə itirsə belə, heç hiss eləməyəcək. Əminəm ki, əgər
sən istəsən, onu yola gətirə bilərsən.

Culiya buna qəti şübhə eləmirdi. Maykl bəzi
məsələlərdə o qədər sadəlövhdü ki... Amma o, gözünə
aydınca görünənləri nişan verməyi lazım bilmirdi. Həm
də Maykl məqsədindən asanca geri çəkilənlərdən de-
yildi. Qosselinlər şənbə və bazarı Dolliylə birlikdə keçir-
mək üçün Hillforda Culiyanın Maykla ad günündə
bağışladığı maşında getdilər. Gözəl, isti bir axşam idi.
Maykl yenicə hər ikisinin bəyəndiyi üç pyesi səhnələş-
dirmək hüququ almışdı və eşitmişdi ki, teatr binaların-
dan birini əlverişli şərtlərlə kirələmək olar. İşə başlamaq
üçün hər şey hazır idi, çatışmayan ancaq pul idi. Maykl
Culiyanı dilə tuturdu ki, bu görüşdən istifadə etsin.

Culiya qətiyyətlə:
– Əgər sənə belə lazımdısa, özün xahiş elə, – dedi. –
Bir də deyirəm, mən xahiş eləməyəcəm.
– O, məni eşitməz, amma sən onu yola gətirə
bilərsən.
– Başqalarının pyesi hansı şərtlərlə maliyyələş-
dirdiyini biz artıq səninlə yaxşı bilirik. Adam ya özünə
şöhrət istəyir – lap pis olsa belə, ya da kiməsə aşiqdi. Sə-
nətdən hamı ağızdolusu danışır, amma özünə nəsə um-
madan təmənnasız yardım eləyən tək-tükdü.
– Neynək, Dolliyə arzuladığı şöhrəti hədiyyə eləyə
bilərik.
– Ona tamam başqa şey lazımdı.
– Nəyi nəzərdə tutursan?
– Məgər özün duyuq düşməmisən?
Ancaq indi ayıldı. Maykl heyrət içindəydi. Odur ki,
sürəti də azaltdı. Doğrudanmı, Culiya düz deyir? Hə-
mişə elə bilmişdi ki, Dollinin xoşuna gəlmir, o qadının
ona vurulduğunu isə təsəvvürünə belə gətirə bilməzdi.

72
   67   68   69   70   71   72   73   74   75   76   77