Page 67 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 67
Seçilmiş əsərləri
tez tərxis olunmaq niyyətindəydi. Əgər istifadə etməyə-
cəksənsə, əlaqələr qurmağın nə faydası? Gənc aktyor-
ların çoxu səhnəni tərk elədiyindən – kimisi vətənpərvərlik
hissindən, kimisi evdə qaldığından vətənpərvərlərin
onun həyatını dözülməz elədiyindən, kimisi çağırışla
cəbhəyə yollandığından – baş rollar ya hərbi xidmətə
yararlı olmayanların, ya da yaralanıb ordudan tərxis
olunanların ixtiyarına keçmişdi. Ağlagəlməz dərəcədə
münasib şərait yaranmışdı və Maykl anlayırdı ki, əgər
fürsəti əldən verməsə, özünə uyğun rollar tapa biləcək
və o, təzədən özünü publikanın yadına salıb Culiya ilə
şəxsi teatr sevdasını bərpa edəcək. Culiyanın qazandığı
nüfuz sayəsində onlar qəti risq eləmədən şəxsi işlərinin
təməlini qoya bilərdilər.
Onlar gecə yarıya qədər bu söhbəti elədilər və sonra
yatağa girdilər. Culiya ehtirasla ona sığındı və Maykl
onu qucaqladı. Üçaylıq qadınsızlıqdan sonra Maykl
möhkəm həvəsə gəlmişdi. Pıçıltıyla:
– Sən mənim sevimli xanımciyəzimsən, – dedi.
O, dodaqlarını Culiyanın dodaqlarına yapışdırdı.
Qəflətən Culiyanı izaholunmaz bir ikrah bürüdü. Onu
itələməkdən özünü zorla saxladı. Əvvəllər Culiyaya elə
gəlirdi ki, Mayklın bədəni, o sütül, gözəl bədəni çiçək və
bal qoxuyur. O, acgözlüklə bu şirin qoxunu canına
çəkirdi. Onu Maykla bağlayan da elə bu hisslər idi.
Amma indi hansısa müəmmayla Maykl öz cazibəsini
itirmişdi. Culiya başa düşdü ki, o, gənclik qoxusundan
məhrum olaraq, adi bir kişiyə çevrilib. O, özündə yüngül
ürəkbulanması hiss elədi. Culiya onun yanğısını
söndürə bilmirdi, istədiyi bircə o idi ki, Maykl tezcə doy-
sun və o biri böyrü üstə uzanıb yuxuya getsin. Culiyanın
bir xeyli gözünə yuxu getmədi. O, çaşqınlıq içində idi.
Ürəyi sıxılırdı, bilirdi ki, çox doğma bir hissdən məhrum
olub, özünə yazığı gəlirdi, ağlamaq istəyirdi, amma həm
də elə bil, keçmişinə, acı əzablarına görə özündən qisas
67