Page 63 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 63
Seçilmiş əsərləri
YEDDİNCİ HİSSƏ
Mayklın təmkini, nikahlarının ilk ilinin ehtiraslı
keçməsinə mane olurdu. Yalnız yaxşı rol almağının
sevinci, premyera öncəsi həyəcan, yaxud içdiyi bir neçə
badə şampandan ziyafət sonrası əmələ gələn ehtiras
Mayklın proqramlaşmış düşüncəsini məhəbbətə yön-
ləndirə bilirdi. Əgər səhəri gün Mayklı ayıq baş tələb
edən işgüzar görüş, yaxud sərrast göz istəyən qolf
gözləyirdisə, heç bir tərif, heç bir şirnikləndirici təklif
onu yolundan çıxara bilməzdi. Culiya onun qarşısında
dəhşətli səhnələr qururdu. O, Mayklı hamıya, hər şeyə –
aktyor tanışlarına, onu ondan saatlarla alan oyunlara, in-
sanlarla tanışlıq qurmağın gələcəkdə onlara lazım
olacağı bəhanəsiylə birini də buraxmadığı rəsmi ziya-
fətlərə qısqanırdı. O, əsəbdən havalanma həddinə çatan-
da belə Mayklın əllərini dizləri üstə qoyub arın-arxayın
oturması, elə bil, burada gülməli nəsə varmış kimi, gözəl
çöhrəsindəki nurlu təbəssümlə ona baxması Culiyanı
dəhşətə gətirirdi.
Maykl soruşdu:
– Sən mənim başqa qadınlarla gəzdiyimi zənn
eləyirsən?
– Haradan bilim? Kor-kor, gör-gör. Sən məni adam
yerinə qoymursan.
– Özün də gözəl bilirsən ki, sən dünyada məndən
ötrü yeganə qadınsan.
– İlahi, özün kömək ol!
– Sənin nə istədiyini anlamıram.
– Məhəbbət istəyirəm. Elə bilirdim, İngiltərənin ən
gözəl kişisinə getmişəm, amma, demə, ərim maneken
imiş.
– Səfehləmə. Mən adi, normal ingilisəm, italiyalı
şarmankaçı deyiləm.
Culiya əzəmətli addımlarla otaqda var-gəl edirdi.
Onların Bekinhem-qeytdəki darısqal mənzilində tərpən-
63