Page 60 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 60
yam Somerset Moem

gələcəyim vaxtı teleqrafla xəbər eləyəcəm. Teleqraf vu-
raram ki, sabah gələcəm.

Oteldə yerləşəndən sonra Maykl Culiyanın dəvə-
tiylə onun otağına gəldi ki, burada maneəsiz danışa bil-
sinlər. Culiya Mayklın dizləri üstə oturub boynuna
sarıldı və yanağını yanağına sürtdü.

Culiya dərindən nəfəs alıb:
– Yenidən evdə olmaq necə də xoşdu, – dedi.
Cavab özünü çox gözlətmədi:
– Bunu mənə deməyə də bilərsən.
Amma Mayklın ağlına gəlmədi ki, Culiya indicə bu
sözləri deyəndə İngiltərəni yox, onun ağuşunu nəzərdə
tutub.
– Mən hələ də xoşuna gəlirəm?
– Özü də necə!
– Sənin üçün necə darıxdığımı təsəvvür belə eləyə
bilməzsən!
Maykl:
– Mən Amerikada tamam yararsız oldum, – dedi. –
Bu haqda sənə yazıb nahaqdan qanını qaraltmaq
istəmədim. Onlar hesab elədilər ki, mən heç nəyə
yaramıram.
– Maykl!
Culiya elə qışqırdı ki, elə bil, buna inanmaq
mümkün deyildi.
– Fikrimcə, mən onlardan ötrü çox tipik ingilisəm.
Mən onlara daha lazım deyiləm. Məlum oldu ki, zən-
nimdə yanılmamışam, amma nə olsa da rəsmiyyət üçün,
onların mənlə müqaviləni uzadıb-uzatmayacaqlarını
soruşanda cavab verdilər ki, bu haqda söhbət belə gedə
bilməz.
Culiya susurdu. Çöhrəsində bir əzginlik vardı, am-
ma ürəyi sevincdən bərk-bərk döyünürdü.
– Düzü, mənim üçün fərqi yoxdu. Amerikanı da heç
bəyənmədim. Əlbəttə, gizlətmirəm, bu, mənim mənli-
yimə bir zərbə oldu, amma neyləyə bilərəm? Başımı dik

60
   55   56   57   58   59   60   61   62   63   64   65