Page 55 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 55
Seçilmiş əsərləri
– Siz heç nə anlamırsınız! O, ağlı başdan çıxaracaq
qədər gözəldi. Orada hamı elə bir ucdan ona vurulacaq.
O da tərif üçün ölənin birisidi. İki ilə çox şey dəyişə bilər.
– İki il?
– Əgər ona yaxşı baxsalar, bir il də qalacaq.
– Bax, buna görə narahat olmaya bilərsən. Həmin o
antreprener onu yalnız “Kandida”da görüb. Bu, onun
az-çox dözüləsi yeganə roludur. Sözlərimi yaxşı yadında
saxla, uzağı bir aya onlara məlum olacaq ki, sərfəli söv-
dələşmə eləməyiblər. Mayklı biabırçı uğursuzluq göz-
ləyir.
– Siz axı aktyorluq sənətindən nə qanırsınız?
– Hər şeyi.
– Mən indi məmnuniyyətlə sizin gözlərinizi çıxarar-
dım.
– Bax, səni xəbərdar eləyirəm, əgər yenə mənə to-
xunmaq istəsən, bu dəfə yüngül şapalaqla canını qurtara
bilməyəcəksən, elə təpik yeyəcəksən ki, düz bir həftə
oturmağa həsrət qalacaqsan.
– Şübhə eləmirəm. Bundan sonra da siz özünüzü
hələ bir centlmen adlandırırsınız?
– Yalnız sərxoş olanda.
Culiya güldü və Cimmi başa düşdü ki, dava-dalaş
arxada qaldı.
– Özün məndən yaxşı bilirsən ki, səhnədə o, sənin
yanından yel olub keçə bilməz. Mənim sözümə qulaq as,
sən missis Kendeldən1 sonra ən nəhəng aktrisamız ola-
caqsan. Niyə axı həyatını daş kimi həmişəlik boynundan
asılı qalacaq birisi ilə bağlayırsan? Siz öz teatrınızın ol-
masını istəyirsiz. Bu zaman o, həmişə sənin tərəf-müqa-
bilin olmağa iddia edəcək. Amma bil ki, Maykldan
aktyor olmayacaq.
– Onun gözəl zahiri var. Mən onu ardımca apara-
cam.
1 Mec Kendel – ingilis aktrisası (1849-1935)
55