Page 54 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 54
yam Somerset Moem
– Niyə belə elədiniz? Niyə belə elədiniz?
– Burada mənlik bir iş yoxdur.
– Yalandır. Siz, yəqin, o alçaq antreprenerin Mid-
dlpulda olduğundan da xəbərsizsiniz, eləmi? Bu, şəkk-
şubhəsiz, sizin işinizdi. Siz bizi ayırmaq üçün bilərəkdən
belə eləmisiniz.
– Gözümün işığı, sən mənə qarşı ədalətsizsən. Əs-
linə qalanda, mən ona dedim ki, truppamdan kimi is-
təsə, ala bilər, təkcə Maykl Qosselindən başqa.
Yaxşı ki, Cimmi bu sözləri deyəndə Culiya onun
üzünün ifadəsini görə bilmədi. Yoxsa özündən soruşardı
ki, bəs onda onun görkəmindən nədən belə özündən-
razılıq yağır, elə bil, kimisə ürəyi istəyən kimi dolayıb.
– Hətta məni də? – Culiya soruşdu.
– Bilirdim ki, ona aktrisa lazım deyil, özlərində
xirtdəyəcəndi. Onlara əynində kostyum gəzdirməyi
bacaran və qonaq otağında yerə tüpürməyən aktyor
lazımdı.
– Ah, Cimmi, Mayklı buraxmayın. Mən onsuz qala
bilmərəm.
– Ona necə mane ola bilərəm? Mənimlə müqaviləsi
bu mövsümün sonunda bitir. Bu dəvət onun üçün
böyük uğurdu.
– Mən axı onu sevirəm. Çox sevirəm. Bir də gördün,
Amerikada kiməsə rast gəldi. Bir də gördün, onu hansısa
bir varlı qadının gözü tutdu.
– Əgər onun məhəbbəti buracanmışsa, sənin yerinə
olsam, “neynək, yolun açıq olsun” deyərdim.
Onun bu sözləri Culiyanı təzədən özündən çıxardı.
– Murdar xədim, sən axı nə bilirsən məhəbbət
nədir?!
Cimmi dərindən köks ötürüb.
– Ay bu başıma bəla qadınlar, – dedi, – elə ki yatağa
çəkmək istədin, adını pozğun kaftar qoyurlar, belə elə-
məyəndə də murdar xədim olursan...
54