Page 50 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 50
yam Somerset Moem

qoyub gedəndə Culiya bunun ona xoş gəlmədiyini hətta
üzünün ifadəsiylə belə büruzə vermirdi. Və onun səhnə
uğurlarının Mayklın hisslərini alovlandırdığını güman
etdiyindən Culiya yaxşı oynamaq üçün dəridən-qabıq-
dan çıxırdı.

Münasibətlərinin ikinci ili Middlpula bir amerikalı
antreprener gəldi. O, yeni istedadlar axtarırdı və Cimmi
Lenqtonun truppası barədə də məlumatlıydı. Maykl onu
heyran etdi. Səhəri gün onun qaldığı mehmanxanaya
gəlməsi üçün səhnə arxasına – Maykla dəvətnamə gön-
dərdi. Həyəcandan güclə ayaq üstə duran Maykl mək-
tubu Culiyaya göstərdi. Bu dəvətin yalnız bir mənası
vardı: ona anqajementlik1 təklif edirdilər. Culiyanın ürə-
yi qopsa da, özünü elə apardı ki, guya, o da Maykl kimi
sevinc içindədir. Səhəri gün o da Mayklla getdi. Culiya
hollda qaldı və Maykl o böyük adamla söhbətə qalxdı.

Maykl liftin kabinəsinin qarşısında astadan:
– Mənə uğur dilə, – dedi, – inanılmaz dərəcədə gö-
zəl imkandı.
Kaş antreprenerin təklif etdiyi rolu Maykl bəyən-
məsin, ya da işin müqabilində alacağı pulu özünə layiq
bilməsin. Culiya dəri kresloda əyləşib belə olmasını
ürəkdən arzulayırdı. Yaxud, əksinə, antreprener dəvətli
olduğu rolu oxumasını Maykldan xahiş eləyəndə, gör-
sün ki, bu, onun yemi deyil. Amma yarım saat sonra
Maykl holla düşəndə Culiya onun parıldayan gözlərin-
dən və yüngül addımlarından başa düşdü ki, müqavilə
imzalanıb. Bir an Culiyaya elə gəldi ki, bu saat halı
pisləşəcək və dodaqlarında xoşbəxt təbəssüm yaratmaq
istəsə də, hiss elədi ki, üzünün əzələləri ona tabe olmur.
– Hər şey qaydasındadır. Dedi ki, qiyamət roldu.
Ondoqquzyaşlı gənc oğlan. Səkkiz, ya doqquz həftə

1 anqajementlik – müəyyən müddətə müəyyən sayda tamaşa vermək üçün
müqavilə ilə tutulmuş aktyor

50
   45   46   47   48   49   50   51   52   53   54   55