Page 47 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 47
Seçilmiş əsərləri
– Maykl, sən elə gözəlsən ki. Səndən kimsə imtina
eləyərmi?
– Əzizim!
(“Yaxşısı budur, mən qalxım, çünki o, əyləşməyi
ağlına da gətirmir. İlahi, Cimmi bu səhnəni neçə dəfə
ona məcburən məşq elətdirib!”)
Culiya ayağa qalxıb, üzünü ona tutdu. Maykl onu
bağrına basıb öpdü.
– Gərək anama xəbər eləyim.
Culiyadan aralanıb qapıya sarı getdi.
– Ana, ana!
Bir andaca polkovniklə missis Qosselin otağa keçdi.
Hər ikisinin üzündə xoşbəxt ifadə donub qalmışdı.
(“Lənət şeytana, bütün hər şey qabaqcadan
qurulubmuş!”)
– Ana, ata, biz nişanlanmışıq.
Missis Qosselin ağladı. Özünün yöndəmsiz, ağır
addımlarıyla Culiyaya yaxınlaşıb onu qucaqladı və göz
yaşları içində öpdü. Polkovnik bərk-bərk oğlunun əlini
sıxdı, sonra o da Culiyanı arvadının qolları arasından
xilas edib öpdü. O, dərindən təsirlənmişdi. Bu hisslər
axını Culiyanı da kövrəltmişdi və o, xoşbəxtcəsinə gü-
lümsəsə də, özündən xəbərsiz yanaqlarından yaş axırdı.
Maykl bu təsirli səhnəni hər üçünə rəğbət hissiylə
müşahidə edirdi.
Maykl soruşdu:
– Necə bilirsiniz, bu hadisəni qeyd etmək üçün
şampan şüşəsi açaqmı? Belə görürəm, anamla Culiya
əməlli-başlı kövrəlib.
Badələr dolandan sonra polkovnik:
– Xanımların şərəfinə, – dedi. – Tanrı onlara yar
olsun.
47