Page 42 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 42
yam Somerset Moem
DÖRDÜNCÜ HİSSƏ
Pasxa yaxınlaşırdı. Cimmi Lenqton, adəti üzrə, hər
il pasxa ərəfəsinin son həftəsində teatrı bağlayırdı. Culi-
ya nə edəcəyini bilmirdi. Belə qısa vaxt içində Cersiyə
getsinmi? Yox, düzgün qərar deyil. Bir səhər özü də göz-
ləmədən Mayklın anası missis Qosselindən məktub aldı.
Yazılmışdı, əgər birhəftəliyə Maykılla Çeltnemə gəlsələr,
onunla polkovniki məmnun edərlər. Culiya məktubu
göstərəndə Mayklın çöhrəsinə, sanki, bir əlçim nur
qondu:
– Dəvət üçün mən xahiş elədim. Düşündüm ki, səni
yanıma salıb aparmaqdansa, belə daha abırlı olar.
– Sən ürəksən. Əlbəttə, mən məmnuniyyətlə gedə-
cəm.
Culiyanın xoşbəxtlikdən ürəyi quş kimi köksündə
çırpınırdı. Bütöv bir həftəni Mayklla birlikdə keçirmək-
dən gözəl nə ola bilər?! Özü də Maykl yenə özünü vax-
tında yetirdi. Onun tərəddüd içində qaldığını bilən kimi
dadına yetişdi. Amma elə bu an gördü ki, Maykl nədən-
sə narahatdı.
– Nə məsələdi?
Maykl xəcalətlə gülümsəyib:
– Bilirsən, əzizim, mənim atam bir az köhnəfikirli
kişilərdəndi, – dedi, – elə şeylər var ki, bundan sonra da-
ha çətin qavrasın. Əlbəttə, istəməzdim ki, yalan danışa-
san, amma qorxuram, sənin baytar qızı olmağın atama
qəribə gələ. Məktubda səni özümlə gətirə biləcəyimi on-
lardan soruşanda, atanın həkim olduğunu yazmışam.
– Bunun nə fərqi var axı?
Culiya dərhal gördü ki, polkovnik heç də təsəvvür
elədiyi kimi bazburutlu birisi deyilmiş. O, arıq, bəstə-
boylu bir kişiydi. Üzünü qırış basmışdı, ağ saçları qısa
vurulmuşdu. Cizgilərindən qədimi bir nəciblik boyla-
nırdı. O, uzun müddət dövriyyədə olan dəmir pulun
42