Page 45 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 45
Seçilmiş əsərləri

– Bilirəm ki, indi hər şey mənim gəncliyimdəkindən
xeyli fərqlənir, amma o, hər halda, əsl centlmendi.

– Yox, yox, indi səhnəni ən abırlı insanlar seçir. İndi
köhnə vaxtlarda olduğu kimi deyil.

– Yəqin ki, belədir. Onun sizi bizə gətirməyinə çox
şadam. Amma düzdü, bir az həyəcanlıydım. Elə bilir-
dim, siz çox boyalı olacaqsınız və... həm də kobud. Heç
kim inanmaz ki, siz aktrisasınız.

(“Əlbəttə, lənət şeytana, kəndli xanımı kim mənim
kimi oynaya bilər. Düz iki gündü, bu roldayam”.)

Polkovnik onunla zarafata keçmişdi və hətta hərdən
gülə-gülə qulağını da çəkirdi.

Culiya hiyləgər, canalan baxışlarını ona tuşlayıb
ucadan deyirdi:

– Lazım deyil, polkovnik, mənim saqqızımı
oğurlamağa cəhd eləməyin. Bircə ona görə ki, aktrisa-
yam deyə elə bilirsiniz, mənimlə necə gəldi, rəftar elə-
mək olar?

Missis Qosselin gülümsünüb:
– Corc, Corc, – deyirdi və sonra üzünü Culiyaya tu-
tub əlavə edirdi: – o, həmişə qızlara qulluq eləməyin
həvəskarı olub.
(“Lənət şeytana, hər şey yağ kimi gedir!”)
Missis Qosselin ona Hindistandan danışırdı. De-
yirdi ki, oradakı qulluqçuların hamısı ucdantutma qara-
dərili olsalar da, hökumət məmurlarından və hərbiçilərdən
ibarət cəmiyyətdə hamı gözəgəlimli imiş. Amma öz evin
daha yaxşıdı. Odur ki, geriyə, İngiltərəyə qayıdanda o
qadın çox sevinirmiş.
Onlar bazar ertəsi – pasxanın ikinci günü geri
qayıtmalıydılar. Çünki həmin günə tamaşa təyin olun-
muşdu. Axşam şam yeməyindən sonra polkovnik mək-
tub yazmaq adıyla kabinetinə keçdi, bir neçə dəqiqədən
sonra missis Qosselin də aşpazla danışmaq üçün yerin-
dən qalxdı. Otaqda ikisi qalmışdı. Maykl sobanın yanın-
da dayanıb siqaret yandırdı.

45
   40   41   42   43   44   45   46   47   48   49   50