Page 40 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 40
yam Somerset Moem
– Nə olub, əzizim?
– Mənimlə danışma, balaca şeytan. Sən məni ağlat-
dın.
– Mələyim mənim!
Culiyanın da gözləri yaşardı və yanaqlarıyla axdı.
O necə də xoşbəxt idi.
Maykl hönkürüb:
– Hər şey cəhənnəm olsun, özümü ələ ala bilmirəm, –
dedi və cibindən dəsmal çıxarıb gözünün yaşını sildi.
(“Mən onu sevirəm, sevirəm, sevirəm!”)
Maykl burnunu çəkdi.
– Bir az özümə gəldim, amma yaradana and olsun
ki, sən məni dəli elədin.
– Pis səhnə deyil, eləmi?
– Səhnənin nə dəxli? Məsələ sənin özündədir. Sən
mənin bütün ruhumu tərpətdin. Lənət şeytana. Tənqid-
çilər haqlıymışlar, söz yox, sən əsl aktrisasan.
– Bunu elə indi bildin, hə?
– Yaxşı olduğunu bilirdim, amma bu dərəcədə yaxşı
olduğunu ağlıma da gətirməzdim. Səninlə muqayisədə
biz hamımız heçik. Sənin qarşını kəsmək mümkün deyil,
mütləq ulduz olacaqsan.
– Onda, sən də mənim tərəf müqabilim olarsan.
– İblis qiyafəli keçəl London antreprenerləri ay qoy-
dular ha...
Culiya çıxış yolu göstərdi:
– Deməli, onda gərək sən özün antreprener olasan
ki, özün də məni baş rolların ifaçısı eləyəsən.
Maykl susdu. O, çevik düşünməyi bacarmırdı və
yeni təklifi layiqincə dəyərləndirmək üçün ona vaxt la-
zım idı.
– Bilirsən, bu heç də pis ideya deyil.
Lanç zamanı bu ideyanı daha ətraflı müzakirə etdi-
lər. Daha çox Culiya danışırdı, Maykl isə dərin maraqla
onu dinləyirdi.
40