Page 39 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 39
Seçilmiş əsərləri

gətirərdi. Truppanın üzvlərindən hansısa biri müvəqqəti
maddi sıxıntı keçirən zaman əgər Maykldan borca pul
istəsəydi, özünü boş yerə əziyyətə salmış olacaqdı.
Amma o elə ustalıqla, ürək ağrısıyla imtina edirdi ki, heç
kəs ondan incik qalmırdı.

– Sənə gücüm çatandan kömək eləyə bilsəydim,
özüm də məmnun olardım, dostum, – deyirdi, – amma
cibimdə siçan oynayır, həftənin axırına kirəpulunu hara-
dan tapıb verəcəyimin dərdi məni götürüb.

İlk aylar rolları başını elə qatmışdı ki, Maykl Culi-
yanın necə gözəl aktrisa olduğunu imkan tapıb görə bil-
məmişdi. Əlbəttə, qəzetlərdə Culiyanın ünvanına tərif
dolu yazıları oxumuşdu, amma belə, üzdən oxumuşdu,
məqalənin şəxsən onun özünə aid hissəsinə gəlib
çatanacan yazılanlara ötəri nəzər salmışdı. Tənqidçilər
onu ucaldanda razı qalırdı, amma alçaldanda da bunu
özünə o qədər dərd eləmirdi. Maykl öz qiymətini yaxşı
bilirdi, ona görə də tənqidlərdən elə də hiddətlənmirdi.

– Yəqin, mən, doğrudan da, pis görünürdüm, –
deyirdi.

Mayklın xasiyyətində ən xoşa gələni onun ürəyinin
açıqlığıydı. O, Cimmi Lenqtonun çaxdırdığı şimşəkləri
və ildırımları da tamam soyuqqanlılıqla qarşılayırdı.
Uzun sürən məşqlərə o biri aktyorların əsəbləri tab
gətirməsə də, onun tükü belə tərpənmirdi. Onu özündən
çıxarmaq, sadəcə, mümkün deyildi.

Bir gün Maykl zalda əyləşib özünün iştirak etmə-
diyi aktın məşqinə baxırdı. Sonda Culiyaya öz istedadını
göstərmək imkanı verən sox güclü və təsirli səhnə oldu.
Növbəti akt üçün dekorasiya hazırlananacan Culiya da
zala düşüb Mayklla yanaşı əyləşdi. Maykl sakitcə oturub
baxışlarını qabağa zilləmişdi.

Culiya heyrətlənmişdi. Maykldan çıxmayan iş, nə
üzünə gülürdü, nə də ona isti dost sözü deyirdi. Elə bu
vaxt Culiya gördü ki, onun gözləri yaşla dolub, dil-
dodağı əsməsin deyə, dişlərini bərk-bərk sıxıb.

39
   34   35   36   37   38   39   40   41   42   43   44