Page 38 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 38
yam Somerset Moem
Culiya onu özünə cəlb eləmək üçün hər yola əl
atırdı, bircə yatağına salmamışdı ki, yeganə səbəb də
bunun üçün əlverişli şəraitin yaranmamasıydı. Artıq bir-
birlərini həddən artıq tanımaqları işləri korlamışdı,
Culiya qorxurdu ki, münasibətləri bundan sonra, çətin
ki, başqa məcraya yönələ bilsin. Odur ki, təzəcə tanış
olduqları vaxtlarda işi sona çatdırmadığına görə özünü
qınayırdı. İndi Mayklın Culiyaya münasibətindəki məh-
rəmlik həddini elə aşmışdı ki, çətin, ondan ona məşuq
olardı. Culiya ad gününün tarixini öyrənib Maykla dün-
yada ən çox istədiyi bir şey – qızıl portsiqar hədiyyə etdi.
Bu hədiyyə Cüliyanın imkanı daxılindən xeyli kənar idi.
Maykl təbəssümlə bu israfçılığa görə onu danladı.
Culiyanın bu hədiyyə üçün pulu hansı estetik həzzlə
xərclədiyi onun təsəvvürünə belə gələ bilməzdi. Növbə
Cüliyanın ad gününə çatanda Maykl ona bir dəst ipək
uzunboğaz corab verdi. Culiya onun keyfiyyətsiz oldu-
ğunu dərhal sezdi. Zavallı quzuciyəz böyük xərcə düş-
məyi özünə rəva bilməmişdi, amma, ümumiyyətlə,
ondan nəsə bir hədiyyə almağın özü Culiya üçün çox bö-
yük hədiyyə idi. Culiya çox təsirlənmişdi, ağlamaqdan
özünü zorla saxlayırdı.
Maykl:
– Əzizim, sən necə də həssassan, – dedi.
Amma özü də çox mütəəssir olmuşdu. Qızın gözü-
nün yaşarması ona xoş idi.
Onun yığcamlığını Culiya çox bəyənirdi. Maykl
pulu sağa-sola səpməyi bacarmırdı. Ona xəsis demək
olmazdı, sadəcə, hesabını bilən adam idi. Culiya bir-iki
dəfə restoranda onun ofisianta lazımı qədər çaypulu
vermədiyini sezib, etiraz etməyə özündə cürət tapsa da,
Mayklın tükü də tərpənməmişdi. O, düz on faiz verirdi,
həmin məbləği dəqiqliklə ödəmək üçün xırdası ol-
mayanda pulun qalığını istəyirdi. “Nə borca pul al, nə
də sələmə pul ver”. Hər dəfə Poloniyadan bu iqtibası
38