Page 33 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 33
Seçilmiş əsərləri

Maykl onların truppasına qoşulanda Culiya artıq
bir il idi ki, Middlpuldaydı. Cimmi “Kandida” da Març-
benksi ona etibar etdi. Çox düzgün seçim idi. Əslində,
həm də gözlənilən idi. Bu rolda Mayklın gözəlliyi hər
şeyi kölgədə qoymuşdu, hətta ifasındakı süstlük də qü-
sur kimi görünmürdü.

...Culiya əlini uzadıb içində Mayklın fotoları olan
karton qutulardan birincisini götürdü. Döşəmədə yerini
rahatlayıb onun Middlpula ilk gəlişi əks olunan fotonu
tapmaq ümidiylə tələsik Mayklın köhnə şəkillərini göz-
dən keçirdi. Nəhayət, həmin şəkli tapanda qəfil ağrıdan
ürəyi sıxıldı. Culiya bir neçə saniyə ağlamaqdan özünü
zorla saxladı. Hə, bir vaxtlar o, belə idi. Kandida obrazı,
adətən, xarakterik rollar alan, yaxud ananı, ya da xalanı
oynayan ortayaşlı aktrisaya həvalə olunurdu. Yalnız
axşamlar işləyən Culiya bütün repetisiyalara gəlib ba-
xırdı. Maykla bir baxışdan vuruldu. Culiya ömründə
belə gözəl kişi görməmişdi. Və nə yolla olursa olsun,
onun sevgisinə sahib çıxmaq istəyirdi. Zamanı gələndə
Cimmi etibarını qazandığı Middlpulda özünə qarşı hirs-
hikkə yarada biləcəyi təhlükəsinə baxmayaraq, “Ka-
bus”u1 da səhnələşdirdi. Maykl burada gənci, Culiya
Reginanı oynamalıydı. Onlar bir-birlərinə rollarını oxu-
yur, sonra müzakirə etmək üçün yüngülvari qəlyanaltı
eləyirdilər. Az sonra ayrılmaz cütlüyə çevrildilər. Culiya
özünə nəzarət edə bilmirdi, elə hey Maykla tərif yağdı-
rırdı. Maykl elə də şöhrətpərəst deyildi: gözəl olduğunu
özü də yaxşı bildiyindən bu komplimentlərə nəinki biga-
nə idi, ona elə qulaq asırdı ki, elə bil, söhbət ailəsində
nəsildən nəsilə keçən hansısa qədim, gözəl bir evdən
gedirdi. Yəni, hamı bilir ki, o ev öz dövrünün memar-
lığının yaxşı nümunələrindədir, onun qayğısına qalırlar,
onunla qürur duyurlar, amma o evin mövcüdluğunda
qeyri-adi nəsə yoxdu, ona malik olmaq nəfəs alıb-ver-

1 “Kabus” – H.İbsenin dramı

33
   28   29   30   31   32   33   34   35   36   37   38