Page 28 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 28
yam Somerset Moem

məziyyətlərindən olacaq öz səsinə həssas yanaşmağı
öyrətdi və onun intuisiya ilə lazımi ritmi müəyyən-
ləşdirmək bacarığını daha da təkmilləşdirdi.

– Əgər çox vacib deyilsə, pauza eləmə, – yaşlı ak-
trisa yumruqlarıyla stolu döyəcləyə-döyəcləyə səsini
başına götürürdü, – işdi, əgər bu baş veribsə, onda nə
qədər bacarırsan, uzat.

Culiya on altı yaşında Hover-Stritdə dram sənəti
üzrə Kral akademiyasına daxil olanda artıq orada öyrə-
dilənlərin çoxunu bilirdi. Bəzi köhnəlmiş ifa üslublarını
tərgidib nitq qabilliyətini yeni üsullarla zənginləşdirdi.

İştirak elədiyi bütün müsabiqələrin qalibi olurdu və
təhsilini başa vuran kimi özünün misilsiz fransızcasına
görə London teatrlarından birində xırda bir qulluqçu
rolu aldı. Bir müddət belə təsəvvür yarandı ki, yalnız
fransızcanı mükəmməl bildiyindən o əbədi olaraq, xarici
aksent tələb edən rollar oynamağa məhkumdu. Belə ki,
fransız qulluqçusundan dərhal sonra o, avstriyalı ofisi-
ant rolunda səhnəyə çıxdı. Cimmi Lenqton onu kəşf
edənəcən iki ilini belə keçirdi. O, Londonda yaxşı qəbul
edilən bir melodramda italiyalı bir avantürist qadın ro-
lunda əyalətlərə qastrola çıxmışdı. Obrazın bütün kələk-
lərinin üstü sonda açılır. Culiya tamaşada qırx yaşlı
qadın obrazında heç də pis görünmürdü. Məsələ bura-
sındadır ki, teatrın aparıcı aktirisası olan qırx yaşlı
sarışın qadın gənc qızı oynadığından tamaşa təbiilikdən
xeyli uzaq idi. Elə bu ərəfələrdə Cimmi qısa məzuniyyət
götürüb gününü müxtəlif şəhərlərdə teatrları gəzməklə
keçirirdi. Tamaşadan sonra o, Culiya ilə tanış olmaq
üçün səhnə arxasına keçdi. Cimmi teatr dairələrində
kifayət qədər tanındığından onun komplimentləri Culi-
yaya ikiqat xoş gəlirdi. Odur ki, onu səhəri gün lança
dəvət edəndə Culiya dərhal razılaşdı.

Süfrə arxasına əyləşən kimi o uzatmadan mətləbə
keçdi.

– Bu gecə gözümü də qırpmamışam, elə hey sizi
düşünmüşəm.

28
   23   24   25   26   27   28   29   30   31   32   33