Page 23 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 23
Seçilmiş əsərləri

bilim, kimlər fotoqrafların ətrafında necə var-gəl edirlər.
Düzdür, özlərini elə aparırlar ki, guya, heç nəyə məhəl
qoymurlar, amma hiss edəndə ki, fotoqraf obyektivi ona
tuşlayıb, bir görsən, nə poza alırlar.

Amma Rocer dediyindən dönmədi.
Beatriçe rolundakı şəkli gözünə sataşdı. Şekspirdən
həyatında yeganə rol. Culiya bilirdi ki, o dövrün
libaslarında pis görünür, amma səbəb ondan ötrü əbədi
bir müəmmaydı. Əvəzində, müasir geyimlər, elə bil,
onun boyuna biçilmişdi. O, səhnədən tutmuş, gündəlik
geyimlərinə qədər hər libasını Parisdə hazırlatdırırdı.
Dərzilər deyirdilər ki, heç kimdən bu qədər sifariş
almırlar. Hamı etiraf edir ki, onun çox gözəl bədən
quruluşu var: uzun ayaqlar, qadın üçün kifayət qədər
hündür boy. Heyif ki, Rozalindanı oynamaq imkanı
yaranmayıb: kişi kostyumu ona çox yaraşardı. Əlbəttə,
indi artıq gecdi, amma kim bilir, bəlkə də bu risqə
getməməyi xeyrinə olub. Bu da həqiqətdir ki, o, nurlu
çöhrəsi həm də şirin naz-qəmzə və yumor hissi ilə bu
rolda ideal görünərdi. Onun Beatriçesini tənqidçilər o
qədər də bəyənmədilər. Məsələ o zəhrimara qalmış ağ
şeirdə idi. O səs – onun asta, dərin, xırıltılı sinə səsi his-
siyyat havalı səhnələrdə ürəkləri dayandırsa da, gülməli
sözləri daha gülməli etsə də, ağ şeir üçün qəti yaramırdı,
həm də onun artikulyasiyası elə aydın idi ki, Culiyaya güc
vermək lazım deyildi, onun hər sözü qalyorkanın ən son
sırasında da eşidilirdi. Elə buna görə də deyirdilər ki,
onun nəzmi nəsr kimi səslənir. Culiya düşünürdü ki, bü-
tün məsələ onun həddən ziyadə müasir olmağındadır.
Maykl isə Şekspirdən başlamışdı. Onda hələ tanış
deyildilər. O, Kembricdə Romeonu oynamışdı. Univer-
siteti bitirəndən sonra bir ilini dram məktəbində keçirdi.
Benson1 da onu elə orada görüb truppasına dəvət elədi.

1 Frank Robert Benson – bütün həyatını Şekspirin pyeslərinə quruluş
verməyə həsr edən, Şekspirin doğulduğu Strartford-na-Eyvanda hər il
keçirilən festivalın təşkilatçısı olan ingilis aktyoru və rejissoru (1858-1939)

23
   18   19   20   21   22   23   24   25   26   27   28