Page 25 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 25
Seçilmiş əsərləri
zaman gözləri hiddətdən yaşarırdı. Truppa ona gülürdü,
onu söyürdü, amma əlindən gələni edirdi ki, Cimmi razı
qalsın. O, onlarda özünə qarşı bir rəhbər instinkti oyat-
mışdı və hamı bir nəfər kimi hesab edirdi ki, Cimminin
etimadını doğrultmalıdı. Deyirdilər ki, o, onların dərisini
boğazından çıxarır, nəfəs dərməyə belə imkan vermir,
belə həyata heyvan da tab gətirməz. Amma həm də
bütün bunlarla bərabər aktyorlar onun ölçübilməz tə-
ləblərini yerinə yetirməkdən nəsə izaholunmaz həzz
alırdılar. O, həftəyə yeddi funt alan hansısa qoca bir ak-
tyorun ürəkdən əlini sıxıb, “Əzizim, Tanrıya and olsun
ki, sən çox möhtəşəm idin” – deyəndə, həmin aktyor
özünü Çarlz Kinin1 yerində hiss edirdi.
İş elə gətirdi ki, Maykl məktubda xahiş elədiyi
görüş üçün Middlpula gələndə, bəxtindən Cimmi Lenq-
tona məşuq ampluası üçün aktyor lazım idi. Mayklın
onu nə səbəbə görmək istədyini təxmini bildiyindən
Cimmi görüş ərəfəsində teatra, onun oyununa baxmağa
getdi. Həmin gün Merkuçionu oynayan Mayklın ifası
onu o qədər də qane etmədi. Amma kabinetinə daxil
olanda Mayklın gözəlliyinə valeh oldu. Qəhvəyi
sürtükdə və yüngül yundan olan boz şalvarda o, qrimsiz
də elə yaxşıydı ki, tamaşasına iki göz lazım idi. Özünü
çox sərbəst aparırdı və əsl centlmen kimi danışırdı.
Maykl gəlişinin məqsədini açıqlayan müddətdə Cimmi
onu diqqətlə müşahidə etdi. Əgər oynamağı da öyrənsə,
bu gənc insan bu zahiri görünüşlə çox uzağa gedəcək.
– Dünən sizin Merkuçioya baxdım, – dedi. –
Özünüz necə qiymət verərdiniz?
– Çox pis.
– Razıyam. Neçə yaşınız var?
– İyirmi beş.
– Gözəl olduğunuzu, yəqin, sizə deyiblər.
– Elə ona görə də mən atam kimi orduya yox,
səhnəyə üz tutdum.
1 Çarlz Kin – ingilis aktyoru Çarlz Cefri Kin (1811-1868)
25