Page 22 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 22
yam Somerset Moem
İKİNCİ HİSSƏ
Kişilər gedəndən sonra Culiya qaytarıb yerinə qoy-
mazdan əvvəl fotolara bir də baxdı.
“Qırx altı yaş üçün heç də pis deyil”. – Culiya
gülümsədi. – Şəkk-şübhə ola bilməz, bu şəkildə özümə
oxşayıram”. Güzgü axtara-axtara ətrafa boylansa da,
gözünə dəymədi. “Lənətə gəlmiş dekoratorlar. Zavallı
Maykl. Onun burada nadir hallarda oturmasına təəc-
cüblənmək lazım deyil. Amma, əlbəttə, mən heç vaxt
fotogenikliyimlə xüsusi seçilməmişəm”.
Culiyada qəflətən köhnə şəkillərə baxmaq həvəsi
oyandı. Maykl işini bilən və səliqəli adam idi. Culiyanın
bütün fotoları xronoloji ardıcıllıqla iri karton qutularda
saxlanılırdı. Mayklın özünün şəkilləri, həmçinin, digər
lazımlı fotolar həmin şkafda özgə qutularda idi. Maykl
deyirdi ki, bizim karyeramızın tarixçəsini yazmaq
istəyən üçün hər şey əlinin altında hazırdı. Elə bu
məqsədlə də o, hələ səhnəyə çıxdığı ilk gündən özü ilə
bağlı bütün qəzet məlumatlarını kəsib dəftərxana kitab-
larına yapışdırırdı. İndi bütöv bir rəf həmin kitablarla
dolu idi. Culiyanın uşaqlıq və yeniyetməlik şəkilləri də
orada idi; Culiya ilk rolları zamanı, Culiya – Mayklla,
sonra hələ körpə Rocerlə yanaşı gənc ərli qadın. Həmin
fotolardan biri – kamillik və gözəllik mücəssəməsi Maykl,
zəriflik rəmzi olan özü və Rocer – balaca, qıvrımsaçlı oğ-
lan – böyük uğur gətirdi. Bütün illüstrasiyalı qəzetlər o fo-
toya bütöv bir səhifə ayırırdılar. O foto açıqca kimi uzun
illər boyu əyalətdə satıldı. Amma, təəssüf ki, İtona daxil
olandan sonra Rocer anasıyla birlikdə şəkil çəkdirmək-
dən qəti imtina etdi. Qəribə işdi, kim qəzetdən qaçar?!
Culiya:
– Camaat elə fikirləşər ki, sən ya bədheybətsən, ya
da kim bilir, nəsən, – deyirdi. – Burada pis bir şey yox-
dur axı. Premyeralara gəlib baxsan, görərsən ki, xanımlı,
cənablı bütün kübar insanlar, nazirlər, hakimlər, nə
22