Page 17 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 17
Seçilmiş əsərləri
Cavab Maykldan gəldi:
– Elə deyil, sadəcə, bir yerə toplaşmışdıq.
– Maykl bizim bir az sərbəstləşdiyimizi zənn
etdiyindən repitisiya təyin elədi.
– Yaxşı da elədim. Gördüm, quruluş verilən zaman
nəzərdə tutulmayan tryuklar əlavə olunub, aktyorlar
mətni istədikləri kimi dəyişirlər. Mən belə məsələlərdə
çox ciddiyəm, hesab edirəm ki, müəllifin sözlərinin
vergülünə də toxunulmamalıdır. Amma bir tərəfdən,
Tanrı da şahiddi ki, indiki müəlliflərin yazdıqlarının bir
elə dəyəri yoxdu.
Culiya ürək açıqlığıyla:
– Əgər bu pyesə baxmaq istəsəz, əminəm ki, Maykl
sizi biletsiz qoymaz, – dedi.
Gənc çılğınlıqla:
– Çox istərdim, bir də baxım, – dedi. – Mən o tama-
şanı artıq üç dəfə görmüşəm.
– Doğrudan?
Mayklın bu haqda ona dediyini gözəl xatırlasa da,
Culiya heyrətlə sual etdi və ardınca sözünü tamamladı:
– Əlbəttə, elə də pis pyes deyil, qarşıya qoyduğu
məqsədə də kifayət qədər çata bilib, amma, bununla be-
lə, mən kiminsə bu tamaşaya üç dəfə baxmaq həvəsində
olmasını heç cür təsəvvürümə gətirə bilmirəm.
– Məni ora çəkən pyesdən çox, sizin ifanızdı.
Culiya ürəyində: “Hər halda, bu sözləri ondan
qopara bildim” – deyib, səsiylə əlavə elədi:
– Biz pyesi oxuyanda Maykl tərəddüd içində idi.
Mənim rolumu o qədər də bəyənməmişdi. Bilirsiz,
əslində, bu rol aparıcı aktrisa üçün deyil. Amma mən
fikirləşdim ki, ondan nəsə əmələ gətirə bilərəm. Ona
görə də məşq zamanı ikinci qadın rolunu xeyli ixtisar
etmək lazım gəldi.
Maykl əlavə etdi:
– Demək istəməzdim ki, biz pyesi təzədən yazmalı
olduq, amma inanın, indi səhnədə gördüyünüz, müəl-
lifin bizə təqdim etdiyindən kəskin fərqlənir.
17