Page 12 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 12
yam Somerset Moem

Maykl kreslodan qalxdı.
– Hə, əzizim, mən hazıram.
Marcori qara, enli şlyapanı ona verib qapını açdı.
Dəhlizlə addımlayanda, Culiyanın bayaq nəzər yetirdiyi
gənc onları görüb dayandı.
Maykl:
– İcazə verin, sizi missis Lembertlə tanış edim, –
deyib, sonra onu, sanki, akkreditə olunduğu sarayın
səfiri qismində attaşe kimi çar həzrətlərinə təqdim etdi.
– Bu, bizim mühasibatlıq kitablarımızı sahmana
salmağa məmnuniyyətlə razılıq verən həmin centl-
mendir.
Gəncin yanağı allandı. Culiyanın həmişə ehtiyatda
saxladığı isti təbəssümünü o, donuq, taxta təbəssümlə
cavablandırdı. Həmin gəncin əlini ürəkdən sıxanda
onun əlinin tərdən nəmləndiyini hiss elədi. Gəncin bu
utancaqlığı çox təsirliydi. Yəqin, Sara Siddonsa1 təqdim
olunanlar da özlərini belə hiss edirmişlər. Culiya
düşündü ki, o, Mayklın bu gənci lança dəvət etmək
təklifinə elə də ürəkdən razılaşmadı. Odur ki, iri, işıqlı,
tünd-qəhvəyi gözləriylə o gəncin düz gözlərinin içinə
baxdı. Qəti əziyyət çəkmədən, eynən insanın onu
bezdirən milçəyi əli ilə qovmaq instinktiylə səsinə
şirinlik və sevinc qatıb soruşdu:
– Bəlkə, bizimlə birlikdə yeməkdən imtina etmə-
yəsiniz? Lançdan sonra Maykl özü sizi bura gətirər.
Gənc yenidən qızardı. Onun zərif boğazının hül-
qumu tərpəndi:
– Siz mənə qarşı çox diqqətlisiniz.
O, həyəcanlı tərzdə əynindəki kostyuma işarəylə
əlavə etdi:
– Amma mən çox çirkliyəm.
– Bizim evdə yuyunub özünüzü sahmana sala
bilərsiniz.

1 Sara Siddons – 1755-1831-ci illərdə yaşamış ingilis aktrisası

12
   7   8   9   10   11   12   13   14   15   16   17