Page 15 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 15
Seçilmiş əsərləri
bahalı çərçivələrdə aktyorların, aktirsaların, kral sülaləsi
üzvlərinin üstünə avtoqraflarını qoyduqları fotoları var
idi. Bura Culiyanın əsl rahatlıq tapdığı yeganə otaq idi.
O, qızılı rəngli stulunda əyləşib atlas stolun üzərində
məktublar yazırdı.
Eşikağası lançın stola verildiyini bəyan edəndə
aşağı düşdülər.
Culiya:
– Ümid edirəm ki, siz ac qalmayacaqsınız, – dedi, –
məsələ burasındadır ki, Mayklla mənim iştaham çox pis-
dir.
Süfrədə onları qızardılmış qalxan balığı, ispanaqlı
kotlet və kompot gözləyirdi. Doğrudan da, bu yemək-
lərlə aclığın ancaq başını qatmaq olardı, amma əvəzində,
kökəlməyin qarşısı alınırdı.
Aşpaz qadın Marcorinin lança daha bir nəfərin
gələcəyi barədə xəbərdarlığından sonra tələsik kartof
qızartması da hazırlamışdı. İndi ona baxanda adamın
ağzı sulanırdı. Amma kartofu yalnız qonaq yeyirdi.
Maykl həmin yeməyə elə baxırdı ki, sanki, orada nə
olduğunu qəti anlamırdı. Sonra astaca diksinən kimi
olub, qəmli düşüncələrdən ayrıldı və tərəddüdlərinə son
verib həmin yeməkdən biryolluq imtina etdi. Onlar
uzun, ensiz nahar stolunun arxasında əyləşmişdilər.
Culiya və Maykl stolun obaş-bubaşında dəbdəbəli İta-
liya kreslolarında qabaq-qənşər əyləşmişdi, onların gənc
qonağı isə ortada, o qədər də rahat olmayan, amma otaq-
dakı digər mebellərlə harmoniya təşkil edən stulda
oturmuşdu. Culiya gəncin bufetə baxdığını sezib fü-
sunkar təbəssümüylə ona sarı əyildi.
– Sizə nəsə lazımdı?
Gənc qızardı:
– Bir tikə çörək olarmı?
– Əlbəttə.
Culiya mənalı-mənalı eşikağasına baxdı. O, həmin
vaxt Mayklın badəsinə ağ şərab süzürdü. Eşikağası dər-
hal otaqdan çıxdı.
15